Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:49

Gürcüstanda prezident seçkisi ABŞ seçkisindən baha başa gəlib


Gürcüstan prezident sarayı
Gürcüstan prezident sarayı

Gürcüstanda keçirilən prezident seçkisinin ikinci turu da nəzərə alınmaqla bu seçki bütün keçmiş sovet məkanında ən bahalı prezident seçkisi olub. Seçkiyə ümumilikdə 52 milyon lari (19 milyon 300 min dollar)xərclənib. Ekspertlər bildirirlər ki, hər seçiciyə çəkilən xərcə görə bu prezident seçkisi ABŞ prezident seçkisindən də baha başa gəlib.

Dövlət auditi xidmətinin rəqəmlərinə görə Gürcüstanda beşinci dəfə keçirilən prezident seçkisi dövlət xəzinəsinə 42 milyon lariyə, ikinci tur isə 10 milyon lariyə oturub. Bu Gürcüstanda indiyədək keçirilmiş bütün seçkilərin də ən bahalısı olub. Bu rəqəmə prezident yarışı iştirakçılarının da xərcləri əlavə edilərsə 60 milyon lariyə bərabər böyük məbləğ yaranar.

Ivane Javakhishvili adına Universitetinin professoru Iosif Archvadze-nin hesablamasına görə bu seçki Amerika prezident seçkisindən baha başa gəlib:

“Birbaşa xərclərdən başqa hələ dolayısı ilə xərclər də var. Bunun üstünə seçki üçün nəzərdə tutulmuş maliyyə itkisini gəlsək, onda ümumi məbləğ 120 milyon lari olar. Bu o deməkdir ki, həm cəmiyyət, həm də siyasi qüvvələr dəhşətli irrasionallığa yol veriblər. Beləki Gürcüstanda ikinci dərəcəli posta seçki hər seçiciyə düşən xərcə görə ABŞ seçkisini geridə qoyub. ABŞ-da son prezident seçkisində hər seçiciyə 7, 5 dollar xərclənmişdi. Gürücstanda isə bu rəqəm 30 lari və yaxud 11 dollar olub.”

Professorun fikrincə siyasi qüvvələr ya inamlı namizəd çıxarıb birinci turda qalib gəlməli, ya da seçkiyə kənardan tamaşa etməli idilər.

AzadlıqRadiosunun Exo Kavkaza saytı yazır ki, Gürcüstanda ümumiyyətlə seçki xərcləri ildən ilə artıb. 2008-ci ilin prezident seçkisi xəzinəyə 23 milyon lariyə (8,5 milyon dollar) başa gəlmişdi. Bura namizədlərin xərclədikləri 22 milyon lari də əlavə olunmalıdır.

2013-cü ilin seçkisi isə büdcəyə 35 milyon lariyə başa gəlib.

2012-ci ildə keçirilmiş parlament seçkisinə 27 milyon lari vəsait ayrılmışdı. 2014-cü ildə keçirilmiş bələdiyyə seçkiləri isə vergiödəyənə 35 milyon lariyə başa gəlib. 2016-cı ilin parlament seçkisinə 38 milyon lari xərclənmişdi.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG