Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 02:50

'Gürcüstan demokratiyasının Azərbaycana da müsbət təsiri olacaq'


Həmsədrlər Ermənistandan hansı xəbərlərlə gəlir?
Gözlə

No media source currently available

0:00 0:14:45 0:00

Həmsədrlər Ermənistandan hansı xəbərlərlə gəlir?

ATƏT-in hesabatına görə, seçki rəqabət şəraitində keçib və peşəkar təşkil olunub, namizdlər azad şəkildə seçki kampaniyası aparıblar, seçicilər öz iradələri əsasında səs veriblər. ATƏT seçki dövründə inzibati resursların epizodik şəkildə istifadə edilməsinin şahidi olduğunu bildirir.

Seçkinin birinci turunda Fransada doğulmuş keçmiş xarici işlər naziri Salome Zurabishvili cüzi fərqlə irəlidə olub, amma yetərincə səs toplaya bilmədiyi üçün ikinci turun keçirilməsinə qərar verilib. Zurabishvili səslərin 38,6 faizini toplayıb. Onu hakimiyyətdəki “Gürcü Arzusu” partiyası dəstəkləyir. Bu partiyanın arxasında, milyarder oliqarx Bidzina Ivanishvili dayanır.

Salome Zurabishvili (sağda) və Grigol Vashadze
Salome Zurabishvili (sağda) və Grigol Vashadze

Zurabishili-nin əsas rəqibi və keçmiş prezident Mixail Saakaşvilinin namizədi kimi tanınan Grigol Vashadze bu seçkidə 37,7 faiz səs toplayıb. Yəni, onları aralarında səs fərqi bir faizdən də azdır. İndi FİLAn vaxta nəzərdə tutulan ikinci tur Zurabishvili ilə Vashadze arasında keçiriləcək.

Grigol Vashadze isə hakim partiyaya qarşı antikorrupsiya çıxışları ilə fərqlənir və kampaniya dövründə, yoxsulluğa qarşı mübarizə çağırışları ilə yadda qalıb.

Tbilisidə, Gürcüstan Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin təhlilçisi Kakha Goqolashvili deyir ki, bu iki namizədin siyasi ideologiyaları arasında kəskin fərq yoxdur. Belə ki, onların hər ikisi qərbyönümlüdür, Avropaya inteqrasiyanın və Rusiya ilə hərbi konfliktin sülh yolu ilə həll olunmasının tərəfdarıdır.

Kakha Gogolashvili, politologist
Kakha Gogolashvili, politologist

Amma önəmli məqam odur ki, bu namizədləri kimlərdəstəkləyir və mübarizə əslində hansı siyasi qüvvələr arasında gedir:

“Müxalifdə olan Birləşmiş Milli Hərəkat Rusiyaya qarşı münasibətləri sərtləşdirməyin tərəfdarıdır. O ki, qaldı iqtisadiyata, Milli Hərəkat daha neoliberaldır, bizneslərə daha çox güzəştin verilməsinin, vergiləri azaltmağın tərəfdarıdır. Amma bunlar kampaniya vaxtı deyilənlərdir, təcrübədə həyata keçirilib-keçirilməyəcəyini demək olduqca çətindir. Çünki burda başqa obyektiv amillər də rol oynayır”.

Kakha Gogolashvili deyir ki, əgər Saakashvili-yə yaxın namizəd Vashadze hakimiyyətə gələrsə, o zaman ölkəboyu siyasi qisasların baş verəcəyini gözləmək olar. Onun sözlərinə görə, bu halda, hakimiyyətdəki çoxlu sayda adam korrupsiya, rüşvət ittihamı ilə həbs olunacaq. Hərçənd, Saakashvili tərəfdarları bunu etməyəcəklərini bəyan ediblər.

Azərbaycana da təsiri olacaq

Gürcüstanda idarə üsulu Azərbaycandan fərqlidir - burda prezidentin səlahiyyətləri əhəmiyyətli dərəcədə azdır. Bununla belə hakimiyyətin namizədinin 1-ci turda qalib gələ bilməməsini, bəzi təhlilçilər artıq müxalifətin qələbəsi kimi görürlər. Belə ki, 2020-ci ildə ölkənin siyasi həyatında daha mühüm rola malik parlamentə seçki gözlənir. Gürcüstan Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin təhlilçisi Kahka Gogolashvili deyir ki, indiki prezident seçkisini müxalifət udarsa, bu, onlara gələcəkdə hakimiyyətə gəlmək üçün imkan açacaq.

“Bu zaman onların parlamentdə daha çox yer götürmək, baş nazir postunu götürmək şansları yaranır. Amma bu partiyaların heç biri parlamentdə mütləq çoxluğa sahib ola bilməyəcək, onlar başqa partiyalarla birlikdə koalisiya yaratmalı olacaqlar. Bu isə Gürcüstanda demokratiyanın inkişafı üçün çox müsbət haldır”.

Təhlilçi deyir ki, bu seçki ümumiyyətlə, Gürcüstanda demokratiyanın inkişafıdır, gürcülərin mentalitetinin dəyişməsinin göstəricisidir.

Natiq Cəfərli
Natiq Cəfərli

Bakıda, müxalif ReAl hərəkatının icra katibi Natiq Cəfərli deyir ki, Gürcüstanda demokratik inkişaf bütövlükdə region üçün müsbət nümunə olacaq və Azərbaycanda demokratiyaya dolayısı yolla da olsa, müsbət impuls verəcək.

Onun sözlərinə görə, bununla belə Gürcüstanda hakimiyyətə hansı qüvvələrin gəlməsindən asılı olmayaraq, iki ölkənin strateji əməkdaşlığı davam edəcək.

“Azərbaycan Gürcüstanda ən böyük investorlardan biridir. Gürcüstan isə Azərbaycan üçün Qərbə açılan qapıdır”.

AzadlıqRadiosu Bakı sakinlərinin də fikirlərini öyrənib:

Gürcüstanın yeni prezidentindən Azərbaycanla münasibətlərdə hansı gözləntiniz var?
Gözlə

No media source currently available

0:00 0:01:31 0:00

Gürcüstanda, seçkinin 1-ci turunun yekun nəticələri 20 gün ərzində dərc olunacaq, ikinci tur ondan sonrakı iki həftə ərzində keçiriləcək.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG