Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 15:25

Gürcüstan yeni parlamenti seçir- YENİLƏNİR


Gürcüstanda parlament seçkisi
Gürcüstanda parlament seçkisi

Azərbaycanlı deputatlar: Gürcüstanda seçkilər azad və demokratik keçir

Oktyabrın 8-də Gürcüstanda keçirilən parlament seçkilərini Azərbaycandan getmiş millət vəkilləri də izləyir. Deputatların paytaxt Tbilisidə və Gürcüstanın bölgələrində səsvermənin gedişini izlədikləri bildirilir.

İzləyici qrupuna millət vəkilləri Əflatun Amaşov, Hikmət Məmmədov, Əli MəsimliSabir Hacıyev daxildir. Onlar həm də Avropa Şurası Parlament Assambleyasını, GUAM Parlament Assambleyasını təmsil edirlər.

Müşahidə aparan millət vəkillərindən Əflatun Amaşov jurnalistlərə açıqlamasında hər hansı pozuntuya rast gəlmədkilərini deyib. Bu haqda AZƏRTAC xəbər verir.

Millət vəkili bir neçə seçki məntəqəsində olduqlarını deyib.

“Müşahidələrimiz zamanı heç bir qanun pozuntusu ilə qarşılaşmadıq. Səsvermə sakit, azad, şəffaf və demokratik keçir. Səsvermə başa çatdıqdan sonra Azərbaycandan gəlmiş müşahidəçilər nəticələrlə bağlı mövqelərini açıqlayacaqlar”, Ə.Amaşov bildirib.

Digər deputat Hikmət Məmmədov da səsvermə prosesi zamanı heç bir qanun pozuntusu ilə rastlaşmadıqlarını bildirib. O, səsverməyə hazırlığınyüksək səviyyədə olduğunu, seçicilərin siyasi fəallığının nəzərə çarpdığını bildirib.

“Gürcüstandakı parlament seçkilərini ciddi demokratiya yarışı da adlandırmaq olar. Seçkilərdə 20-yə yaxın siyasi partiya və seçki blokları iştirak edir. Seçki marafonu çox sakit və demokratik keçir. Bunu çoxsaylı beynəlxalq və yerli müşahidəçilər də təsdiq edirlər”.

Oktyabrın 8-də Gürcüstanda parlament seçkisi keçirilir.150 yer uğrunda 25-dən çox siyasi partiya və blok mübarizə aparır.

Seçkiyə namizəd kimi 30-a yaxın azərbaycanlı qatılıb. İlk dəfədir ki, azərbaycanlı namizədlər daha çox müxalifət sıralarından namizədliklərini irəli sürürlər. Hakim partiyanın cəmi 3 azərbaycanlı namizədi var.

Gürcüstanda 3.5 milyon seçici var.

Buna da bax: Gürcüstanda seçki həm də sabitlik sınağıdır

Ekspertlər əsas mübarizənin hakim“Gürcü arzusu” ilə keçmiş prezident Mixail Saakashvilinin Vahid Milli Hərəkatı arasında getdiyini deyir.

Gürcüstanda son Konstitusiya dəyişikliyindən sonra parlamentin səlahiyyətləri gücləndirilib. Artıq hökuməti Gürcüstan parlamenti təşkil edir.

Sonuncu parlament seçkiləri 2012-ci ildə keçirilmiş və müxalifətdə olan “Gürcü koalisiyası” Saakashvilinin partiyasına qalib gəlmişdi.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG