Keçid linkləri

2025, 17 Yanvar, Cümə, Bakı vaxtı 08:12

Gürcüstan patriarxı narkomanlara mərhəmət istəyir


Gürcüstan patriarxı II İliya
Gürcüstan patriarxı II İliya

Gürcü Kilsəsinin başçısı özünün Milad xütbəsində hökuməti gənclərin narkotik maddə aludəçiliyinə yuvarlanmasının qarşısını almağa çağırıb.

Tbilisinin Müqəddəs Üçlük Məbədində keçirilən mərasimdə patriarx II İliya narkotik maddələrdən asılılığı xəstəlik adlandırıb, bununla belə gürcüləri və Gürcüstan hökumətini narkomanlara dözümlülük nümayiş etdirməyə çağırıb.

II İliya bildirib ki, hökumət gənclərin narkotik maddələrə qurşanmasını önləyən tədbirləri həyata keçirməlidir.

Gürücstan xristianlarının əksəriyyəti özünü pravoslav hesab edir və 85 yaşlı patriarx bu ölkədə böyük nüfuza malikdir.

Ötən noyabrda Gürcüstanın Konstitusiya Məhkəməsi marixuana və çətənə əsaslı başqa narkotik maddələrdən istifadə üzərindən kriminallığı götürüb.Buna baxmayaraq marixuanadan istifadə üçün cərimələr nəzərdə tutulub.

Bundan əvvəl Gürcüstanın Cinayət Məcəlləsində marixuanadan dəfələrlə istifadə və 70 qramdan artıq quru çətənənin gəzdirilməsi cinayət əməli sayılırdı, lakin buna görə həbsxana yox, cərimə cəzası nəzərdə tutulmuşdu.

Gürcüstan müxalifəti bildirir ki, marixuananın tam leqallaşdırılması istiqamətində mübarizəsini davam etdirəcək.

XS
SM
MD
LG