Keçid linkləri

Təcili xəbərlər
2018, 21 Avqust, çərşənbə axşamı, Bakı vaxtı 03:54

Kvirikaşvili jurnalist Əfqan Muxtarlı ilə bağlı suala cavab verib


Giorgi Kvirikaşvili

Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili deyib ki, Azərbaycan jurnalisti Əfqan Muxtarlı ilə bağlı insident rəsmi Tbilisi üçün “çox ciddi uğursuzluq” sayılmalıdır.

Kvirikaşvili bu bəyanatı Gürcüstanın parlament azlığı ilə görüşündə verib.

Rustavi2 saytının yazdığına görə, bu görüşdə “Avropa Gürcüstanı” fraksiyasının üzvü Elene Xoştariya “Əfqan Muxtarlının salamlarını Giorgi Kvirikaşviliyə çatdırıb” və jurnalistin Gürcüstandan necə oğurlanmasına dair ifadəsini oxuyub.

Elene Xoştariya
Elene Xoştariya

Xoştariyanın sorğusuna cavab olaraq baş nazir deyib: "Bilirsiniz ki, bu məsələ araşdırılıb və mən də razıyam ki, bu, çox çətin bir məsələdir. Mən həm də etiraf edirəm ki, bu, çox böyük uğursuzluqdur. Nəyin baş verməsindən asılı olmayaraq həqiqət hələ də yekunlaşdırılmayıb. Lakin fakt budur ki, bu, çox böyük uğursuzluqdur. Bilirəm ki, hökumətimizin reaksiyası, yəni Əks-kəşfiyyat Xidməti rəhbərinin və Sərhəd Polisi rəisinin vəzifələrindən azad edilməsi tamamilə adekvat reaksiya olub. Onların bu işdə günahları hələlik, təsdiqlənməyib, lakin onlar üzərlərinə siyasi məsuliyyət götürüblər”.

Ötən həftə Gürcüstan mediası jurnalist Əfqan Muxtarlı ilə müsahibədən parçalar dərc etmişdi.

Bu xəbərlərdə deyilirdi ki, “Kuryer” saytına “məhkəmə prosesi zamanı kamerasız müsahibə verən” Muxtarlı deyib: “Məndən Kvirikaşviliyə salam deyin. Əvvəl-axır o, buna görə cavab verməli olacaq...”

Daha sonra Gürcüstan saytı yazır ki, Muxtarlı oğurlanaraq Bakıya gətirilməsində Gürcüstanın baş nazirinin və daxili işlər nazirinin əli olduğunu iddia edib.

Xatırlatma

Gürcüstandan oturum izni almış Əfqan Muxtarlı 2017-ci il mayın 29-da Tbilisidən müəmmalı şəkildə Azərbaycana gətirilib. Jurnalistin özü Tbilisidə oğurlandığını, başına torba keçirildiyini, işgəncəyə məruz qaldığını, zorla Azərbaycana gətirildiyini və sərhəddən keçirilərkən cibinə 10 min avro qoyulduğunu bildirib.

Ona qarşı Cinayət Məcəlləsinin 315 (güc tətbiq etməklə hakimiyyət nümayəndəsinə müqavimət göstərmək), 318.1 (sərhədi qanunsuz keçmək) və 206.1 (qaçaqmalçılıq) maddələri ilə cinayət işi qaldırılıb.

Ə.Muxtarlı ittihamları rədd edərək, həbsini siyasi sifariş adlandırıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG