Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 08:33

Gürcüstandakı iqtisadi sıçrayış kimin xidmətidir?


Tbilisi
Tbilisi

Son bir ildə Gürcüstanda ümumi daxili məhsul nə az-nə çox 7,5 faiz artıb.

Bu haqda ölkənin yeni baş naziri Mamuka Baxtadze bildirib.

Onun fikrincə, bu, hökumətin düzgün iqtisadi siyasət yürütməsi, işadamlarına münbit şərait yaratması ilə bağlıdır.

Müşahidəçilər isə başqa amillərə də diqqət etməyi məsləhət görürlər.

Baş nazirin Dövlət Statistika Komitəsinə istinadla yaydığı rəqəmlərə görə, son bir ildə ixracda rekord artım (50 faiz) müşahidə edilib.

Mamuka Baxtadze baş nazir vəzifəsinə yenicə təyin edilib. Bəs bu iqtisadi uğur kimin xidmətidir?

Buna da bax: Saakashviliyə 6 il iş verdilər…Qiyabi

İqtisadiyyatda nəzərçarpacaq inkişaf bu ilin əvvəlindən müşahidə edilməyə başlanıb.

Bu ilin 5 ayı ərzində ÜDM 6,1 faiz artıb, ticarət dövriyyəsində 24,5 faizlik artım olub, ixrac 28, idxal isə 23,4 faiz artıb.

Ekspertlər düşünürlər ki, bu inkişafı təkcə hökumətin siyasəti ilə izah etmək düzgün deyil.

İvan Cavaxişvili adına Yniversitetin professoru İosif Arçvadze deyir ki, bundan əvvəl maliyyə naziri vəzifəsində çalışmış baş nazir Baxtadzenin bəzi qanunvericilik təşəbbüsləri ölkədə iqtisadi mühitin sağlamlaşdırılmasında müəyyən müsbət rol oynayıb.

Professor bu təşəbbüslər arasında kiçik və orta biznesin vergi yükünün azaldılmasını, işadamlarını ruhlandıran daha liberal vergi məcəlləsinin hazırlanacağı anonsunun verilməsini göstərir.

Amma onun sözlərinə görə, Gürcüstan iqtisadiyyatı o qədər kiçikdir ki, iqtisadi tərəfdaşlarının uğurları onun iqtisadiyyatına dərhal müsbət təsirini göstərir.

İqtisadi ekspert Akaki Tsomaya da bu fikirlə razıdır:

"İqtisadiyyatımızdakı artım ticarət tərəfdaşlarımız olan ölkələrdəki durumla əlaqədardır. O cümlədən ixracımızın artması, turizm, nəqliyyat sahələri. Bura xaricdən köçürülən pulların miqdarını da əlavə etmək olar. Məsələn bu ilin ilk kvartalında Ermənistanda da iqtisadi artım 10,6 faiz olmuşdu. Amma bu, Ermənistanı çalxalanmadan xilas etmədi. Maraqlıdır ki, 2015-ci ildə Gürcüstanda iqtisadi geriləmə müşahidə olunanda hökumət bunu xarici faktorlarla bağlayırdı, indi isə uğuru öz xidməti kimi təqdim etməyə çalışır. Yaddan çıxarmaq olmaz ki, bizim ixracat faydalı qazıntıların satılması və reeksporta əsaslanır. Bizim məhsullar daha çox MDB məkanı üçün nəzərdə tutulub. Avropa və ABŞ üçün yox. Bu disbalans aradan qalxmayınca, iqtisadiyyatımız xarici faktorlardan asılı olaraq qalacaq. O ki qaldı islahatlara, bunlar uzunmüddətli yox, daha çox qısamüddətli effektə hesablanlb".

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG