Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 04:05

Gürcüstan müxalifəti seçkinin nətiçələrinin ləğv edilməsini tələb edir


Tbilisidə etiraz aksiyası
Tbilisidə etiraz aksiyası

Gürcüstan müxalifəti dekabrın 2-də Tbilisinin mərkəzində prezident seçkisinin nəticələrinə etiraz olaraq aksiya keçirir.

Bu barədə AzadlıqRadiosu gürcü xidməti məlumat verir.

Müxalifət tərəfdarları hakimiyyəti seçicilərə təzyiq göstərməkdə və nəticələri saxtalaşdırmaqda ittiham edirlər.

Aksiyaçılar ölkədə vaxtındanəvvəl prezident seçkisi təyin edilməsini tələb edirlər.

“Güc birlikdədir” müxalifət birliyinin nümayəndələri noyabrın 29-da keçirilən prezident seçkisinin nəticələrini tanımırlar.

Müxlifət qüvvələrinin hüquqşünasları nəticələrin ləğv edilməsi ilə bağlı məhkəməyə müraciət etməyi planlaşdırırlar.

Qeyd edək ki, həmin seçkidə hakim “Gürcü arzusu” partiyasının dəstəklədiyi namizəd Salome Zurabishvili qalib gəlib.

Mikheil Saakashvili videoyazı vasitəsi ilə mitinq iştirakçılarına müraciət edib, bildirib ki, bu mübarizə mütləq qələbə ilə nəticələnəcək.

"Mən bu mübarizədə sizlərdən biriyəm.Məni çağıran kimi,sizin, liderlərinizin yanında olacağam",deyə Saakashvili bildirib.

Seçkidə onun rəqibi keçmiş prezident Mikheil Saakashvilinin tərəfdarı Grigol Vashadze idi.

Grigol Vashadze.02 dekabr.Tbilisi
Grigol Vashadze.02 dekabr.Tbilisi

Yeni prezidentin andiçmə mərasimi dekabrın 16-da olmalıdır.

Beynəlxalq müşahidəçilər seçkinin azad şəraitdə keçirildiyini bəyan etsələr də qeyd edirlər ki, namizədlərə bərabər şərait yaradılmayıb.

Qeyd edək ki, Salome Zurabishvili seçkinin ikinci mərhələsində 60, Vashadze isə 40,5 faiz səs toplayıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG