Keçid linkləri

Təcili xəbərlər
2018, 20 Aprel, Cümə, Bakı vaxtı 01:06

Cənubi Osetiya Gürcüstan vətəndaşının meyitini Tbilisiyə verib


Arçil Tatunaşvili

Gürcüstandan qopmuş Cəbuni Osetiya milliyyətcə gürcü Arçil Tatunaşvilinin meyitini Tbilisyə repatriasiya edib. Tatunaşvili separatçı hökumətin həbsxanasında ölüb.

Onun meyiti martın 20-də Gürcüstanın nəzarətində olan əraziyə göndərilib.

Gürcüstan Daxili İşlər Nazirliyinin sözçüsü Aleksandr Xocevanişvili jurnalistlərə deyib ki, meyit Tbilisidə tibb ekspertləri tərəfindən təhqiq ediləcək.

Rusiya tərəfindən dəstəklənən separatçı Cənubi Osetiyanın rəsmiləri iddia edirlər ki, 35 yaşlı Tatunaşvili fevralın 22-də onu kameraya salmaq istəyən polislərə müqavimət göstərərkən ürək tutmasından vəfat edib.

Separatçı hakimiyyət Tatunaşvilini Cənubi Osetiyada terorçu hücumlar planlaşdırmaqda ittiham edirdi.

Bu insident Gürcüstanda və xaricdə dərin hiddətə səbəb olub.

Birləşmiş Ştatlar və Avropa İttifaqı Cənubi Osetiya və Rusiyanı Tantunaşvilinin meyitinin Tbiliyə verilməsinə çağırmışdlar.

Bu barədə ABŞ-ın Gürcüstandakı səfiri Ian Kelly martın 6-da xüsusi bəyanatla çıxış etmişdi.

Avropa İttifaqının xarici işlər komissarı Federica Mogherini fevralın 25-də demişdi ki, Tatunaşvilinin öıümü və daha iki gürcünün hələ də dustaq saxlanması “dərin narahatlıq” yaradır.

Fevralın 27-də Avropa Şurasının prezidenti, Tatunaşvilinin ölümündən “kədər və qəzəb” duyduğunu dilə gətirmişdi.

Tatunaşvili ilə birlikdə saxlanmış, lakin sonradan sərbəst buraxıldıqları xəbər verilmiş Levan Kutaşvilinin və İoseb Pavliaşvilinin sonrakı taleyi naməlum olaraq qalır.

Günün bütün mövzuları

XS
SM
MD
LG