Keçid linkləri

2024, 02 Noyabr, şənbə, Bakı vaxtı 09:27

Moskvanın narazılığına baxmayaraq baş nazir Krım forumuna qatılır


Irakli Garibashvili, arxiv foto
Irakli Garibashvili, arxiv foto

Gürcüstanın Baş naziri Irakli Garibashvili Moskvanın narazılığına baxmayaraq "Krım Platforması" forumunda iştirak edəcək.

AzadlıqRadiosunun gürcü xidmətinin məlumatına görə, artıq baş nazir Kiyevdədir. Məlumata görə, foruma Gürcüstanın Baş nazirilə yanaşı xarici işlər naziri David Zalkaliani də qoşulacaq.

Ukrayna hakimiyyətin təşkil etdiyi iki günlük forumda 2014 -cü ilin yazında Krımın Rusiya Federasiyası tərəfindən ilhaqı ilə bağlı məsələlər müzakirə olunacaq.

Sammit avqustun 23-də Kiyevdə baş tutacaq. Gürcüstan "Krım Platforması" nda iştirak etməklə Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir. Beləki Gürcüstan özü də 2008 -ci ilin avqustunda oxşar problemlərlə üzləşib. Beləki Rusiya Gürcüstan əraziləri olan Abxaziya və Cənubi Osetiyanı müstəqil respublika kimi tanıyıb.

Moskva dəfələrlə "Krım Platforması" sammitinin keçirilməsinə narazılığını bildirərək, orada iştirak edəcək ölkələrin Rusiya ilə münasibətlərin yaxşılaşmasına ümid edə bilməyəcəyinə eyham vurub.

Gürcüstan-Rusiya münasibətləri 2012-ci ildə keçirilən parlament seçkiləri nəticəsində reallaşan hakimiyyət dəyişikliyindən sonra bir qədər yaxşılaşıb.

XS
SM
MD
LG