Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:19

Avropa Gürcüstana vizasız gediş-gəliş verməyə hazırlaşır


Avropanın qonşuluq siyasəti komissarı Johannes Hahn bu xəbəri gürcü xalqının böyük nailiyyəti adlandırıb

Avropa Komissiyası Avropa İttifaqının qanunverici orqanlarına Gürcüstanla viza rejiminin ləğvi təklifini verib.

Qanunverici orqanlar, yəni Avropa Parlamenti və Avropa İttifaqı Nazirlər Şurası bu təklifi qəbul edərsə, Gürcüstan vətəndaşları Şengen zonası ölkələrinə vizasız səfər edə biləcəklər.

Dimitris Avramopoulos
Dimitris Avramopoulos

Təklifə görə Gürcüstan vətəndaşları hər etdikləri səfərdə Avropanın Şengen zonası ölkələrində 90 gün qalmaq hüququ qazanacaqlar. Onlar iş icazəsi üçün ayrıca müraciət etməli olacaqlar.

Avropa Komissiyası bildirib ki, onun belə bir təkliflə çıxış etmək qərarı Gürcüstanın islahatlar, xüsusilə də məhkəmə-hüquq sahəsində həyata keçirdiyi əhəmiyyətli islahatlarla bağlıdır.

Avropa Komissiyası üzvlərinin fikrincə, vizasız gediş-gəliş rejimi Gürcüstanla Avropa arasında mədəni və işgüzar münasibətlərin daha da inkişaf etməsinə imkanlar açacaq.

Bundan əvvəl Avropa Komissiyası Ukrayna ilə də vizasız rejim təklifinin verilməsinə hazırlaşırdı, lakin Kiyev islahatlar sahəsində hələlik yüksək tələblərə cavab verə bilmir.

Gürcüstan barəsində verilmiş təklifin isə artıq bu aprel ayında qəbul ediləcəyi gözlənilir.

“Gürcü xalqının böyük nailiyyəti”

Bununla belə, Avropa İttifaqının miqrasiya və daxili işlər komissarı Dimitris Avramopoulos bildirib ki, Avropa Parlamentinin və Aİ üzv ölkələrinin Gürcüstanla viza rejimini qaldırmaq qərarının qəbul edilməsi 3-4 ay çəkə bilər.

Avropanın qonşuluq siyasəti komissarı Johannes Hahn bu xəbəri gürcü xalqının böyük nailiyyəti adlandırıb

Brüsseldə keçirdiyi mətbuat konfransında cənab Avramopoulos ümid etdiyini bildirib ki, Gürcüstan barədə təklif qəbul ediləcək.

O deyib ki, bu istiqamətdə bütün lazımi sənədləşdirmə işlərinin yayadək yekunlaşdırılacağını gözləyir.

Avramopoulos bildirib ki, Avropa Parlamentinin və Nazirlər Şurasının belə qərarları qəbul etməsi adətən üç-dörd ay çəkir.

Komissar bildirib ki, müvafiq prosedur işlərinə artıq başlanıb.

O əlavə edib ki, Gürcüstan barədə bu xoş xəbər sürpriz olmamalı idi, çünki Avropa Komissiyası Tbilisinin işini hələ ötən dekabrda yüksək qiymətləndirmişdi.

O islahatlar sahəsində fədakarlıqla çalışmış Gürcüstan hökumətinə təşəkkürünü bildirib.

Avropanın qonşuluq siyasəti komissarı Johannes Hahn isə bu xəbəri gürcü xalqının böyük nailiyyəti adlandırıb.

XS
SM
MD
LG