Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 10:38

Tbilisidə başa çatmış antiterror əməliyyatında bir təhlükəsizlik əməkdaşı həlak olub


Gürcüstanın antiterror qüvvələrinin döyüşçüləri noyabrın 22-də Tbilisi ətrafında
Gürcüstanın antiterror qüvvələrinin döyüşçüləri noyabrın 22-də Tbilisi ətrafında

Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidməti – SUS bildirir ki, xüsusi qüvvələrin Tbilisinin ətrafındakı yaşayış massivində silahlılara qarşı aparılan əməliyyatı zamanı yaralanmış bir təhlükəsizlik əməkdaşı xəstəxanada keçinib.

Noyabrın 22-də Gürcüstan paytaxtının İsani rayonunda aparılan əməliyyatın gedişində azı bir şübhəlinin həbs olunduğu və əməliyyatın başa çatdığı bildirilir.

SUS-un sözçüsü Nino Giorqobiani deyib ki, əməliyyatın hədəflədiyi şübhəlilər “xarici vətəndaşlar” olublar və “terrorçu təşkilatla” bağlı olmaqda şübhəli bilinirlər.

Gürcüstan mediası söhbətin İslam Dövləti ekstremist təşkilatından getdiyini yazır.

Gürcüstan Rusiyanın cənubundakı Çeçenistan bölgəsi ilə həmsərhəd Pankisi dərəsində indiyədək çoxsaylı antiterror əməliyyatları aparıb.

İD 2016-cı ildə iddia edirdi ki, Pankisi dərəsində təlim bazası yaradıb və yerliləri səfərbərliyə alır.

Lakin Tbilisi bu iddiaları rədd edirdi və Pankisi dərəsindən cənubda ekstremist silahlıların zorakılığı nadir hadisə sayıla bilər.

Aşağıda telefonla çəkilmiş videoda Gürcüstan təhlükəsizlik qüvvələrinin noyabrın 22-də Tbilisi ətrafında terror şübhəlilərinə qarşı əməliyyat apardıqları bina görüntülənib.

Hadisə yerində olmuş AzadlıqRadiosu müxbiri noyabrın 22-də bildirib ki, təhlükəsizlik qüvvələri 10 mərtəbəli binanı mühasirəyə almışdılar və əməliyyat yerinə azı dörd zirehli piyadaların döyüş maşını gətirilmişdi.

Əməliyyat noyabrın 21-də gecə saatlarında başlanmışdı.

Giorqobiani deyib ki, şübhəlilər təslim olmaqdan intina etmiş və təhlükəsizlik qüvvələrinə atəş açmağa və əl qumbaraları atmağa başlamışdılar.

Onun sözlərinə görə, bundan sonra polis və təhlükəsizlik qüvvələri onlara kömək üçün göndərilmiş əlavə qüvvələrlə birlikdə əməliyyatı davam etdiriblər.

Şahidlər bildirirlər ki, noyabrın 22-də atəş və partlayış səsləri ətraf rayonlarda günortayadək eşidilirdi.

Nəhayət yerli vaxtla səhər saat 10:30-da ağır atışmanın davam etdiyi bir vaxtda çoxmərtəbəli binanın üçüncü mərtəbəsində güclü partlayış baş verib.

Binadan bir neçə saat ərzində qalın qara tüstü çıxırdı. İçəridə yanğının baş verdiyini düşünmək olardı.

Yanğınsöndürənlər təhlükəsizlik əməliyyatı başa çatmadan binaya yaxınlaşa bilməyiblər.

Hakimiyyət orqanları bildirib ki, sakinlər üçüncü mərtəbədə sözü gedən güclü partlayışdan və yanğındanəvvəl binadan evakuasiya edilmişdilər.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG