Keçid linkləri

2025, 18 Mart, çərşənbə axşamı, Bakı vaxtı 12:07

AB Gürcüstanı qütbləşməyə son qoymağa çağırır. Hökumət prezidenti impiç etmək istəyir


Gürcüstan Prezidenti Salome Zurabişvili
Gürcüstan Prezidenti Salome Zurabişvili

Avropa Birliyi (AB) ötən il Gürcüstana öz qapılarını açanda onu rəsmi namizəd statusuna şərti dəvət etmişdi. Şərtsə uzun zamandan bəri ölkənin daxili siyasətini gərginləşdirən qütbləşmənin azaldılması idi.

Ancaq Gürcüstanın namizədliyi ilə bağlı rəsmi qərarın verilməsi ərəfəsində ölkədə yeni daxili güc çəkişməsi başlayıb.


Prezident Salome Zurabişvili Avropa turuna çıxıb. O, Gürcüstanın AB-nə namizədliyinə dəstək istəmək üçün Berlin, Brüssel və Parisə gedib. Ancaq Gürcüstan Konstitusiyası vəzifəsi əsasən simvolik xarakter daşıyan prezidentin xarici siyasət fəaliyyəti ilə məşğul olmazdan öncə hökumətdən icazə almasını tələb edir. Hökumət deyir ki, Zurabişvili bu səfər üçün icazə istəyib və rədd cavabı alıb.

Zurabişvili Brüsseldə Avropa Dövlət və hökumət başçıları şurasının Prezidenti Şarl Mişel tərəfindən hörmətlə qarşılansa da, eyni gündə Gürcüstanda ciddi problemlərlə üzləşib.

Hakim “Gürcü arzusu” partiyası sentyabrın 1-də Zurabişviliyə qarşı impiçment proseduruna başlamaq niyyətini açıqlayıb.

Yetərincə səsə malik olmasalar da...

Partiya rəsmiləri prezidenti ölkənin AB-nə namizədliyini deyil, özünü təbliğ etməklə məşğul olmaqda ittiham edirlər. Partiya sədri İrakli Kobaxidze deyib ki, nominal olaraq müstəqil siyasətçi olan Zurabişvili Gürcüstanın siyasi müxalifəti ilə birləşərək hökuməti gözdən salmağa çalışır: "Əllərindən gələni edirlər ki, Gürcüstana namizədlik statusu verilməsin; onların əsas marağı budur. Eyni zamanda, ölkəyə namizədlik statusu verilsə, Salome Zurabişvili bu qərarı öz adına çıxmaq üçün əlindən gələni edəcək”.

“Gürcü arzusu” rəsmiləri impiçmenti reallaşdırmaq üçün parlamentdə kifayət qədər səsə malik olmadıqlarını etiraf ediblər. Ancaq onların bu nümayişkəranə hərəkəti AB-nin qərarı ərəfəsində intensivləşən siyasi hoqqabazlıq əlamətidir.

Gürcüstan AB üzvlüyünə namizəd statusu almaq üçün 2022-ci ildə, Rusiyanın Ukraynaya hücumundan sonra müraciət edib. Onunla birlikdə müraciət edən Ukrayna və Moldova artıq 2022-ci ilin iyununda namizədlik statusu alsa da, Gürcüstana gerçəkləşdirməli olduğu islahatların siyahısı təqdim edilib. Siyasi qütbləmə probleminin həllindən başqa, Avropa Komissiyası Gürcüstana ədliyyə sahəsində islahat aparmağı, korrupsiya və mütəşəkkil cinayətlə mübarizəni gücləndirməyi və “oliqarxsızlaşdırma” ilə bağlı öhdəlik götürməyi tövsiyə edib. Oktyabrda AB Gürcüstana namizədlik statusu verilib-verilməməsi barədə qərar qəbul edərkən bu islahatlar üzrə irəliləyişə diqqət yetirəcək.

Hökumətə tənqidlər

Gürcüstanın siyasi müxalifəti və hökumət əleyhinə olan vətəndaş cəmiyyəti qruplarında bir çoxları iddia edirlər ki, hökumətin bu islahatlarla bağlı səyləri qənaətbəxş deyil. Onlar eyni zamanda hökumətin xarici siyasət sahəsində atdığı bir çox addımları sorğulayırlar. Hökumətin bu addımları ölkənin Avroatlantika yönündə irəliləməklə bağlı bir zamanlar şübhə doğurmayan niyyətini sual altına alır.

Tənqidçilər iddia edirlər ki, AB-nin müsbət qərarı “Gürcü arzusu”nun layiq olmadığı halda bu uğuru mənimsəməsi ilə nəticələnə bilər. Bu isə öz növbəsində 2024-cü ildə keçiriləcək parlament seçkilərində onların işinə yarayar.

"Biz Avropa qurumlarından xahiş edirik ki, bizə bu statusu versinlər, ancaq statusun Gürcüstan xalqına və Gürcüstan cəmiyyətinə verildiyini və hökumətin buna layiq olmadığını açıq [ifadə etsinlər]”, – Gürcüstan Açıq Cəmiyyət Fondunun icraçı direktoru Keti Xutsişvili deyir.

XS
SM
MD
LG