Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 19:16

Yanğın baş vermiş platformadan yeni [Fotolar]


-

Fevralın 12-də SOCAR prezidenti Rövnəq Abdullayev “Günəşli” yatağındakı 10 saylı Dərin Dəniz Özülünə səfər edib.

SOCAR-ın saytı yazır ki, o, əvvəlcə, özülün yanğın söndürüldükdən sonrakı vəziyyətinə baxış keçirib.

Əsas istehsal qurğu və avadanlıqların, həmçinin quyuların vəziyyəti haqqında Şirkət prezidentinə ayrı-ayrılıqda məruzə edilib.

Sonra SOCAR-ın aidiyyatı rəhbər işçilərinin iştirakı ilə istehsalat müşavirəsi keçirilib.

SOCAR prezidenti yanğının söndürülməsindən sonra özüldə qəzanın nəticələrinin aradan qaldırılması qrafiki ilə tanış olub.

Rövnəq Abdullayev özüldə hasilat prosesinin planlaşdırılan müddətdə bərpa olunması məqsədi ilə görüləcək işlərdən danışıb və idarə, müəssisə rəhbərlərinə konkret tapşırıqlar verib.

Ötən il dekabrın 6-da bu platformada baş verən yanğında 63 nəfər zərər çəkib.

9 neftçi ölüb. 20-dən çox neftçi itkin sayılır. Cəsədləri hələ də tapılmayıb.

Narazı neftçi ailələri qapı-qapı dövlət qurumlarını gəzirlər
Gözlə

No media source currently available

0:00 0:02:32 0:00

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG