Keçid linkləri

Təcili xəbərlər
2018, 19 İyul, Cümə axşamı, Bakı vaxtı 06:21

'Günəşli' faciəsindən iki il ötür...


"Günəşli" neft yatağında yanğın. 5 dekabr, 2015

Bu gün, dekabrın 4-ü Xəzərdəki «Günəşli» neft yatağında baş vermiş yanğından 2 il ötür. Həmin hadisə vaxtı 64 neftçidən 34-ü xilas edilmişdi.

Hadisə ilə bağlı elə həmin günlərdə cinayət işi açıldığı, qəzanın səbəblərinin araşdırılacağı, günahkarların ədalət önünə çıxarlıcağı açıqlanmışdı. Ancaq indiyədək istintaqın nəticələri ictimaiyyətə bildirilməyib.

Hadisənin səbəblərinin araşdırılması məqsədilə yaradılmış dövlət komissiyası da indiyədək gəldiyi rəyi ictimaiyyətlə bölüşməyib.

Qəzanın ikinci ildönümünün Dövlət Neft Şirkətində (SOCAR) qeyd edilməsi ilə bağlı da hər hansı bilgi yoxdur. SOCAR-ın rəsmi internet səhifəsinə bununla bağlı, hələlik, hər hansı xəbər daxil edilməyib.

Buna da bax: 'Günəşli' yatağında yanğın söndürülüb - rəsmi

Şirkətin informasiya resursunda «Günəşli» neft yatağında baş vermiş hadisə, onun səbəblərinin araşdırılması, itkin düşən neftçilər barəsində əlavə informasiya çatımlı deyil.

«Günəşli» neft yatağındakı hadisənin ikinci ildönümünü anan Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatını rəhbəri Mirvari Qəhrəmanlı hadisəyə görə, SOCAR-ın səlahiyyətli şəxslərinin də məsuliyyət daşıdığını bildirib və günahkarların cəzasız qaldığını vurğulayıb.

Ancaq bu dəyərləndirməyə, hələlik, SOCAR rəsmilərindən münasibət almaq mümkün olmayıb. Hərçənd, bundan əvvəl qurum oxşar ittihamları qəbul etmədiyini açıqlamışdı. Onda bəzi ekspertlər deyirdilər ki, qəzada insan itkilərinin qarşısını almaq olardı. Pis hava şəraitində işçilər yataqdan vaxtında çıxarılmalı idi.

Buna da bax: Narazı neftçi ailələri qapı-qapı dövlət qurumlarını gəzirlər

M.Qəhrəmanlı əlavə edib ki, son 7 ildə ölkənin neft sektorunda bədbəxt hadisə və qəza nəticəsində 130-dan çox işçi həlak olub. Onların 80 faizini SOCAR-ın işçiləri təşkil edib.

2015-ci il dekabrın 4-də «Günəşli» yatağında yanğın baş verib. Həmin vaxt 64 neftçidən 34-ü xilas edilib. 7 meyitin dərhal aşkar edildiyi, sonra axtarış nəticəsində daha 6 meyitin tapıldığı bildirilirdi.

Buna da bax: “Günəşli” yanğını ən fəlakətli qəzaların ilk onluğuna düşür [video]

Qalan neftçilər rəsmın, itkin düşmüş hesab edilirlər.

Buna da bax:

‘Günəşli’ yatağında yanğın görüntüləri
Gözlə

No media source currently available

0:00 0:00:33 0:00

Günün bütün mövzuları

XS
SM
MD
LG