Keçid linkləri

Təcili xəbərlər
2020, 28 Noyabr, şənbə, Bakı vaxtı 00:47

Baş nazirin ailəsi turizmin inkişafına yarım milyon dollar qoyur


Karen Karapetian

Ermənistanda baş nazirin ailəsi Gümrüdə turizmin inkişafına 500 min dollar verəcək.

Baş nazir Karen Karapetyan onlarla biznesmenin müşaiyəti ilə Gümrüdə olub, “Kumayri” qoruğundakı tarixi tikililərlə tanış olub.

Nazir səfər zamanı Gümrüdə turizmin inkişafı üçün xüsusi fond yaradılacağını bildirib.

Karen Karapetyan qeyd edib ki, onun ailəsi, iş adamlarını bu ideaya qoşulmaq və fonda sərmayə qoymağa şövqləndirmək üçün ilk investorlardan biri olmaq qərarına gəlib.

Nazir, ailəsinin fonda qoyacağı məbləğlə bağlı jurnalistlərin sualını cavablandırarkən deyib: ”500 min dollar”.

Məlumata görə, “Kumayri” tarix mərkəzi ilə bağlı xüsusi layihə təqdim edilib. Layihəyə əsasən Gümrünün 2 küçəsində turizmin inkişafı ilə bağlı infrastruktur yaradılacaq.

Gümrüdə kompleks
Gümrüdə kompleks

AzadlıqRadiosunun Ermənistan xidməti yazır ki, Gümrü son 10 il ərzində texnoparka, təhsil, maliyyə və idman mərkəzinə çevrilməli, həmçinin orda sənaye sektoru inkişaf etdirilməli idi, amma bütün bunlar yalnız xoş arzu olaraq qalır.

Gümrüdə turizmin inkişafının da belə arzulardan olacağına gəldikdə Karapetyan deyib: ”Yatrımı sığorta şirkətləri və biznesmenlər edəcək. Eşitdiniz?Daha hansı təminat istəyirsiz ?” deyə Karapetyan bildirib.

Baş naziri müşaiyət edən bir çox biznesmenlər artıq Gümrüdə turuzmin inkişafına investisiya qoyacaqlarını vəd ediblər.

Karen Karapetyan deyib ki, bu proqramı reallaşdırmaq üçün heç bir risk yoxdur və artıq sabahdan işə başlayacaqlar.

XS
SM
MD
LG