Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:25

Gulnara Karimovanın qızı babasının Daşkəntdəki abidəsini ziyarət elədi


Foto arxiv
Foto arxiv

Hazırda həbsdə olan Gulnara Karimovanın qızı İman Karimova Daşkəntdə ictimaiyyət arasına çıxıb.

Bu barədə Azadlıq Radiosunun Özbəkistan xidməti yazır.

O, xalası Lola Karimova ilə birlikdə babası, keçmiş president İslam Karimovun Daşkəntdəki abidəsinə çiçək qoyub.

Keçmiş Özbəistan prezidenti İslam Kərimovun kiçik qızı Lola Karimova-Tillyaeva özünün “Feyskbuk” səhifəsində böyük bacısının qızı İman-la birlikdə şəklini paylaşıb.

İman Karimovanın 18 yaşı var.

Qeyd edək ki, Gulnara Karimova keçmiş Özbəkistan prezidenti İslam Karimovun böyük qızıdır.

Onun hazırda harda saxlandığı bəlli deyil.

Gulnara Karimova
Gulnara Karimova

Buna da bax: İslam Karimov hakimiyyətdə boşluq qoyub getdi

İslam Karimovun böyük nəvəsi İslam Karimov bundan əvvəl kütləvi informasiya vasitələrinə verdiyi müsahibələrdə deyirdi ki, president İslam Karimovun ölümünə bir neçə ay qalmış anası Gulnara və bacısı İmanı babasının yanına buraxmırmışlar.

Hazırda kiçik İslam Karimov Qərbdə yaşayır.

Özbəkistanın baş prokurorluğu bu il iyulun sonlarında rəsmi şəkildə Gulnara Karimovanın həbs edildiyini bəyan edib.

Baş prokurorluğun məlumatına görə, ona qarşı dələduzluq, xarici valyuta saxlamaq, gömrük qaydalarını pozmaq və cinayətkar yollarla əldə edilmiş gəlirləri leqallaşdırmaq kimi ittihamlar irəli sürülüb.

Həmçinin Özbəkistanın baş prokurorluğu bu ilin avqustunda Rusiya hakimiyyətindən onun Rusiyadakı daşınmaz əmlakına həbs qoyulmasını istəyib.

Gulnara Karimova əvvəllər Özbəkistanın xarici işlər nazirliyində işləyib, bir neçə il Daşkəndi İsveçrədəki beynəlxalq təşkilatlarda təmsil edib, Özbəkistanın İspaniyadakı səfiri, Moskvadakı Özbəkistan səfirinin müşaviri və Özbəkistanın BMT-ki daimi nümayəndəsi vəzifələrində çalışıb.

O, həm də geyim dizayneri və vaxtilə müğənni kimi tanınıb, “Guli” brendi altında geyim kolleksiyaları, kişi və qadın duxiləri və ingilis dilində musiqi albomu buraxıb.

Bir sıra dünya ölkələrində korrupsiya ilə bağlı ona qarşı istintaq işi başlanıb.

ABŞ-ın “Wall Street Journal” qəzüti ötən il dekabrın 9-10-da isveçrəli prokurorların hökumət tərəfindən təyin edilmiş vəkillərlə birlikdə Daşkəntdə Gulnara Karimova ilə görüşdüklərini və onu 23 saat sorğu-sual etdiklərini yazmışdı.

Buna da bax:" Prezidentin qızının adı yeni böyük rüşvət qalmaqalında hallanır"

İslam Karimov 2016-cı ilin sentyabrında insultdan sonra 79 yaşında vəfat edib.

Həmin vaxt Gulnara Karimova, oğlu İslam və qızı İmanı dəfn mərasiminə buraxmamışdılar.

İslam Karimovun abidəsi
İslam Karimovun abidəsi

Avqustun 21-də İslam Karimovun Daşkəntdəki abidəsinin təntənəli açılışı olub.

Abidə keçmiş prezidentin iqamətgahı qarşısında qoyulub.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG