Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 20:45

Keçmiş prezident qızının mülkünü indiki prezidentin kürəkəninə verirlər?


Otabek Umarov (solda)
Otabek Umarov (solda)

Özbəkistanın normativ-hüquqi aktlarının layihələri müzakirə olunan portalında keçmiş prezident Islam Karimovun qızı Gulnara Karimovaya məsxus malikanənin adı çəkilir.

Daşkənd vilayətinin Bostanlık rayonundakı Sijjak istirahət zonasında yerləşən bu malikanə Islam Karimovun ölümündın sonra, 2017-ci ildə müsadirə olunub.

Gulnara Karimova vergidən yayınma, mənimsəmə və ofşor şirkətlərə aid sənədlərin məhv edilməsi ittihamları ilə 10 il müddətinə azadlıqdan məhrum edilib.

Xəbər verilir ki, sözü gedən malikanə ödənişsiz olaraq Özbəkistanın triatlon – üçnövçülük federasiyasına verilməlidir.

Bu federasiyaya 2019-cu ilin martından Özbəkistan prezidenti mühafizə idarəsi rəisinin birinci müavini Otabek Umarov rəhbərlik edir. O hazırkı prezident Shavkat Mirziyoevin kiçik qızının əridir.

Mirziyoevin qızı Shakhnoza
Mirziyoevin qızı Shakhnoza

Bu yaxınlarda Umarov gecə saatlarında öz Tesla elektromobilini Daşkənd küçələri ilə saatda 200 kilometr sürətlə sürməklə gündəmə gəlmişdi.

Malikanənin triatlon federasiyasına verilməsinə dair təklif Özbəkistanın Bədən Tərbiyəsi və İdman Nazirliyi, habelə bir neçə başqa təşkilatlar tərəfindən dəstəklənib.

Malikanənin yeni sahibliyi barədə qərarda deyilir ki, burada təlim-məşq bazası yaradılacaq və onun yenidən qurulmasına 1, 7 milyon dollar vəsait ayrılacaq.

Maraqlıdır ki, Özbəkistanda triatlon üzrə ilk yarışlar bu ilin mayında keçirilib.

Bir vaxtlar Gulnara Karimovaya məxsus olmuş bu ərazidə mehmanxana, üç hovuz, amfiteatr, kotec və başqa qurğular var.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG