Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 15:16

Keçmiş prezident qızının vəkili ölkəyə buraxılmayıb


Vəkil Gregoire Mangeat
Vəkil Gregoire Mangeat

Özbəkistanın hakimiyyət orqanları mərhum prezident Islam Karimovun böyük qızı Gulnaranın isveçrəli vəkilinin ölkəyə daxil olmasına qadağan qoyub.

Vəkil “etika qaydalarını pozmaqda” ittiham edilir.

Dekabrın 11-də AzadlıqRadiosuna müsahibəsində vəkil Gregoire Mangeat Özbəkistan tərəfinin iddialarını rədd edib.

O deyib ki, rəsmi Daşkəndin məqsədi Karimova ilə həbsxanadakı pis rəftardan diqqəti yayındırmaqdır.

Karimova 2000-ci illərdə ölkədə fəaliyyətə başlayan transmilli telekommunikasiya şirkətlərindən rüşvət almaqda ittiham olunur və 2015-ci ildən bəri ev məhbusu idi.

Ötən mart ayında o və bir yoldaşı ABŞ prokurorları tərəfindən Birləşmiş Ştatların antikorrupsiya qanunlarını pozmaqda ittiham edilib.

Bu ittihamlar elan edilməzdən bir gün əvvəl Özbəkistan hakimiyyət orqanları Karimovanın ev məhbusluğunun şərtlərini pozduğunu və buna görə də onun qadın koloniyasına köçürüldüyünü bildirmişdi.

Ötən avqustda Özbəkistan prokurorluğu iki dövlət sement zavodu ilə bağlı Karimovaya yeni cinayət işinin açıldığını bildirib.

Bu arada İsveçrə prokurorları Karimovanın bu ölkənin banklarındakı milyonlarla dollarlıq bank hesabları ilə bağlı cinayət işinin araşdırılmasını davam etdirirlər.

İsveçrə hökuməti bildirib ki, bu araşdırmanın nəticəsi olaraq Karimovanın hesablarındakı 500 milyon dollar Özbəkistan dövlətinə qaytarılmalıdır.

Lakin vəkil Mangeat deyib ki, bu pulun qaytarılmasına dair danışıqlar hələlik dayandırılıb.

Ötən avqust ayında Daşkəndə səfər edən vəkilin Karimova ilə görüşünə imkan verilməmişdi.

Mangeat bunun ardınca iddia etmişdi ki, Karimovanın həbsxanadakı saxlanma şəraiti “dözülməzdir”.

O deyib ki, Özbəkistan hakimiyyəti onun oktyabr ayında da Karimova ilə görüş barəsində ricasını rədd edib. Bundan sonra vəkil gələn ilin yanvarında belə bir görüş üçün rica etmişdi.

Lakin dekabrın 10-da Özbəkistan Baş Prokurorluğu Mangeat-i peşə etikasını pozmaqda ittiham edən bəyanat verib.

Baş Prokurorluq bildirir ki, vəkil Karimovaya qarşı İsveçrədə açılmış cinayət işinə etinasız yanaşdığı halda əsas diqqətini, Özbəkistandakı cinayət işinə yönəldib.

Vəkil prokurorluğun bəyanatında habelə həbsxanadakı vəziyyət barərə saxta informasiya yaymaqda ittiham olunur.

Mangeat bu ittihamları rədd edib və əksinə Özbəkistan müstəntiqlərini qərəzdə və qanunsuz hərəkətlərdə günahlandırıb.

Özbəkistan prokurorları bildirirlər ki, onlar iddia edildiyinə görə Karimovanın hesablarında olan 1, 5 milyard dolların dövlətə qaytarılmasına çalışırlar.

Karimovanın qızı Iman demişdi ki, həbsxanada anasına lazımi tibbi xidmət göstərilmir və o daimi psixoloji təzyiq altındadır.

Islam Karimov Özbəkistana 2016-cı ilədək rəhbərlik edib.

Onu prezident postunda əvəz etmiş Shavkhat Mirziyoyev Karimovun kadrlarına qarşı repressiv tədbirlər görüb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG