Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:33

Gulnara Karimovanın məhkəməsi başladı


Gulnara Karimova, 10 sentyabr, 2010
Gulnara Karimova, 10 sentyabr, 2010

Özbəkistanda keçmiş prezident İslam Kərimovun qızı Gulnara Karimovaya qarşı yeni məhkəmə prosesi başlanıb.

Bu barədə AzadlıqRadiosu Özbəkistan prezidentinin mətbuat xidmətinə istinadla xəbər verir.

Yanvarın 8-də başlanan məhkəmə prosesi qapalı keçirilir.

Özbəkistanın baş prokurorluğu yanvarın 6-da Gulnara Karimovaya qarşı yeni cinayət işi ilə bağlı istintaqın artıq yekunlaşdırıldığını və işin məhkəməyə göndərildiyini bəyan eləmişdi.

Karimova və daha bir neçə şəxs fırıldaqçılıqda, büdcə vəsaitlərini mənimsəməkdə və qanunsuz pulları xaricdə leqallaşdırmaqda ittiham olunurlar.

Daşkənt məhkəməsi 2015-ci ilin avqustunda Karimovanı vergidən yayınma, dövlət vəsaitini mənimsəmə və fırıldaqçılıqda təqsirli bilərək 5 il müddətinə azadlıqdan məhrum edib.

Bundan bir qədər sonra Karimovaya qarşı korrupsiya ilə bağlı daha bir cinayət işi açılıb.

2017-ci ilin dekabrında, atasının vəfatından sonra o, 10 il azadlıqdan məhrum edilib.

Özbəkistanın baş rpokurorluğu iki cinayət işinə əsasən onun ümumilikdə dövlətə 2 miltard dollar ziyan vurduğunu deyir.

Gulnara Karimova ötən ilin martınadək ev dustaqlığında idi, amma dəfələrlə qayda pozuntusuna görə, məhkəmə onun ümumi rejimli kalona köçürülməsi barədə qərar çıxardı.

Gulnara Karimova polislərlə, Özbəkistan
Gulnara Karimova polislərlə, Özbəkistan

Ötən ilin avqustunda isə ona qarşı yeni cinayət işi açıldı.

Söhbət dövlətə 175 milyon dollarlıq ziyan vurmaqdan gedir.

ABŞ hakimiyyəti də onu pulyuma əməliyyatı və rüşvətxorluqda ittiham edir. Söhbət, 865 milyon dollardan gedir.Gulnara Karimovanın adı ABŞ maliyyə nazirliyinin sanksiyalar siytahısına salınıb.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG