Keçid linkləri

Təcili xəbərlər
2021, 18 İyun, Cümə, Bakı vaxtı 07:55

Ev dustağı olan Gulnara Karimova İsveçrə prokurorluğuna ifadə verib


Gulnara Karimova

Keçmiş Özbəkistan prezidenti İslam Karimovun böyük qızı Gulnara Karimova korrupsiya ittihamı ilə bağlı İsveçrə prokurorluğuna ifadə verib.

Bu barədə AzadlıqRadiosunun Özbəkistan xidməti “World Street Journal”a istinadla xəbər yayıb.

Mənbə vəklə istinadla, sorğu-sualın Daşkəntdə aparıldığını bildirir.

Gulnara Karimova hazırda ev dustağıdır.

İsveçrəli vəkil Greguar Manjeanın məlumatına görə, prokurorlar onunla 2 dəfə- ötən il dekabrın 9 və 10-da görüşüblər və sorğu-sual ümumilikdə 23 saat çəkib.

Vəkil Gulnara Karimovanın səhətinin yaxşı olduğunu, amma təhlükəsizliyinə təminat olmadığını bildirib.

Onun sözlərinə görə, Gulnara ətraf aləmdən təcrid edilib, o cümlədən də uşaqlarından.

İsveçrə prokurorluğunun nümayəndəsi də təşkilatın əməkdaşlarının Özbəkistanda olmasını təsdiqləyib.

Gülnara Karimova 2014-cü ildən ictimaiyyət arasında görünmür, atasının yasına belə buraxılmayıb.

Qeyd edək ki, İsveçrədə ona qarşı pulyuma əməliyyatı və korrupsiya ilə bağlı rəsmi ittihamlar irəli sürülüb.

Onun, rüşvət müqabilində Özbəkistanda iş qurmaqda ittiham olunan bir sıra xarici şirkətlərlə bağlılığı olduğu bildirilir.

İsveçrə hakimiyyəti istintaq çərçivəsində onun 650 milyon dollarlıq bank hesablarını dondurub.

“World Street Journal” bunun Özbəkistanda həbs olunduqdan sonra Karimova barədə ilk etibarlı məlumat olduğunu yazır.

XS
SM
MD
LG