Keçid linkləri

2017, 25 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 10:42

►Qərar iyulun 12-ə qaldı

«Mən talassemiya daşıyıcıyam. Hətta dişimi çəkəndə də qanı saxlaya bilmirlər. Ona görə məni Azərbaycanda əməliyyat etmirlər».

Bunu keçmiş deputat, hazırda üzərində şərti məhkumluğu olan Gülər Əhmədova iyulun 8-də Bakı Apellyasiya Məhkəməsində çıxışında deyib.

G.Əhmədova xaricdə əməliyyat olunmaq üçün ölkədən çıxışına icazə verilməsini istəyir. Yasamal Rayon Məhkəməsi keçmiş deputatın bu barədə müraciətinə «yox» cavabı verib. Qərarda göstərilib ki, G.Əhmədova yalnız xaricdə müalicəsini əsaslandıran sübutlar təqdim etməyib. G.Əhmədova həmin qərardan apellyasiya şikayəti verib.

G.Əhmədova məhkəmədə bildirib ki, hələ 2001-ci ildən onkoloji xəstəlikdən əziyyət çəkir: «Mən 24 yaşımda kliniki ölüm keçirmişəm. 2001-ci ildə Moskvada Onkologiya Mərkəzində əməliyyat olunmuşam, ardınca Türkiyədə şüa almışam. Deputat olduğum dövrdə də xaricə müalicəyə gedib-gəlirdim. Heç kimə məruzə edəsi deyildim ki, mən xəstəyəm. Həbsdə olduğum müddətdə səhhətim ağırlaşdı».

G.Əhmədovanın şərti məhkumluğu ilə əlaqədar sınaq müddətinin başa çatmasına 10 ay qalıb. Keçmiş deputat 8 aylıq icazə istəyir.

Prokuror apellyasiya şikayətinin təmin olunmamasını istəyib.

Məhkəmənin qərarı iyulun 12-ə qalıb.

Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin yaydığı qalmaqallı videolardan sonra G.Əhmədova deputat mandatından imtina edib. Onun barəsində həbs-qətimkan tədbiri seçilib. Həmin videolarda E.Abdullayevdən deputat seçilməsindən ötrü 500 min dollar rüşvət alınması və bunun prezident aparatına çatdırılması haqqında söhbət gedirdi. Videolar E.Abdullayevin iş yerində gizlin çəkilmişdi. Söhbətin onunla G.Əhmədova arasında getdiyi iddia olunurdu. G.Əhmədova mətbuatda videoların montaj olduğunu açıqlamışdı.

Keçmiş deputat Cinayət Məcəlləsinin dələduzluq, cinayəti bilib xəbər verməmək maddələri ilə ittiham olunub. 2013-cü ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 3 il azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan keçmiş deputat apellyasiya şikayəti verib. 2014-cü il mayın 5-də Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə G.Əhmədovaya verilən həbs 3 il sınaq müddəti təyin olunmaqla, şərti cəza ilə əvəzlənib və o, azadlığa buraxılıb.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG