Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:29

Venesuela müxalifətinin lideri Guaido fevralın 18-də planını açıqlayacaq


 Juan Guaido, Venesuela müxalifətinin lideri
Juan Guaido, Venesuela müxalifətinin lideri

Birləşmiş Ştatlar Venesuelaya yardım məqsədi ilə qonşu Kolumbiyaya daha bir təyyarə ərzaq məhsulları və dəva-dərman göndərib.

Hərbi-nəqliyyat təyyarəsi Venesuela sərhədi yaxınlığındakı Kukuta şəhərinə enib. Bu son vaxtlar ABŞ-ın Venesuelaya göndərdiyi ikinci hümanitar yükdür.

Amma Venesuelada prezidentliyini qorumağa çalışan Nicolas Maduro hökumətu bu yükləri ölkəyə buraxmır.

Qeyd edək ki, ABŞ, bir sıra Latın Amerikası və Avropa ölkələri artıq Maduronun legitimliyini tanımırlar.

Müxalifət lideri, parlamentin sədri Juan Guaido, fevralın 23-dək hümanitar yardımların ölkəyə çatdırılmasına çalışır.

O, paytaxt Karakasda tərəfdarları qarşısında çıxış edərkən deyib ki, öz planının detallarını fevralın 18-də açıqlayacaq.

Guaido-nun hazırda Kolumbiyada olan nümayəndəsi Lester Toledo bildirib ki, müaxlifət tərəfdarları hərbçilərlə söhbət etmək, onları sərhədi açmağa inandırmaq üçün sərhədə toplaşacaqlar.

Guaido bu arada bir daha hərbçiləri Maduronun əmrlərinə tabe olmamağa çaırıb.

ABŞ-ın yaxın vaxtlarda Venesuelaya daha 3 təyyarə hümanitar yük göndərəcəyi gözlənir.

Venesuelada hümanitar vəziyyət son illər pisləşib, ölkədə ərzaq və dəva-dərman qıtlığı yaranıb.

Müxalifət lideri və parlamentin sədri Juan Guaido ötən ay özünü müvəqqəti ölkə başçısı elan edib və bundan sonra ABŞ, Kanada, bir sıra Iatın Amerikası və Avropa Birliyi ölkələri onun legitimliyini qəbul ediblər.

Rusiya isə Venesuela böhranında Maduronun tərəfini saxlayır və Birləşmiş Ştatları bu ölkənin daxili işlərinə qarışmaqda günahlandırır.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG