Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 11:48

Venesuela müxalifətinin lideri xalqı ən böyük etiraz aksiyasına çağırıb


Juan Guaido tərəfdarları qarşısında ,19 aprel, 2019 , Karakas
Juan Guaido tərəfdarları qarşısında ,19 aprel, 2019 , Karakas

Venesuela müxalifətinin lideri Juan Guaido tərəfdarlarını Latın Amerikasının tarixində ən böyük etiraz aksiyasına çıxmağa çağırıb.

Bununla o, hazırda ölkədə prezidentliyini qorumağa çalışan Nicolas Maduro rejiminə qarşı təzyiqləri davam etdirmək fikrindədir.

Guaido özünün Tvitter səhifəsində Venesuela sakinlərini mayın 1-də kütləvi etiraz nümayişinə çağırıb.

O, yazısında 1M həştəqindən istifadə edib ki, bunu “1 May”, eyni zamanda “1 milyon” kimi qəbul etmək olar.

Reutersin məlumatına görə, Guaido aprelin 19-da paytaxt Karakasda keçirilən mitinqdə deyib ki, hakimiyyət may mitinqinə çıxan xalqı eşitməli olacaq,

Venesuela son illər dərin iqtisadi və siyasi böhran dövrünü yaşayır.

Mxalifət lideri və parlamentin sədri Juan Guaido bu bu ilin yanvarında özünü müvəqqəti ölkə prezidenti elan edib.

O gündən bu yana ölkədə kütləvi etiraz aksiyaları keçirilir.

Qeyd edək ki, ABŞ, əksər Latın Amerikası və bir sıra Avropa Biurliyi ölkələri Guaidonu Venesuelanın müvəqqəti legitim prezidenti hesab edirlər.

Rusiya, İtan, Kuba və Türkiyə kimi ölkələrsə bu münaqişədə Maduronun tərəfini saxlayırlar.

Maduro rejimi ABŞ-ın bu ölkəyə göndərditi hümanitar yardımları Kolumbiya, Braziliya və Meksika sərhədlərindən buraxmır.

Maduro ABŞ-ı bu ölkənin daxili işlərinə qarışmaqda günahlandırır.

ABŞ indiyədək Maduro rejiminə qarşı bir sıra sanksiyalar tətbiq edib.

Buna da bax:

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG