Keçid linkləri

2024, 05 May, bazar, Bakı vaxtı 01:26

“Nərgiz” mükafatı Gözəl Bayramlıya verildi


Gözəl Bayramlı
Gözəl Bayramlı

Mərhum ictimai fəal Nərgiz Yaqublunun adına təsis edilən mükafat 2018-ci ildə Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin həbsdəki müavini Gözəl Bayramlıya verilib.

Mükafat bu gün, dekabrın 29-da Müsavat Partiyasının qərargahında keçirilən mərasimdə G.Bayramlının bacısı Şirin Ələkbərovaya təqdim edilib.

O, həbsdəki bacısının bu mükafata layiq görülməsinə sevinəcəyini deyib.

“Nərgiz” mükafatı 2015-ci ildə hepatit xəstəliyindən vəfat etmiş gənc ictimai fəal Nərgiz Yaqublunun xatirəsinə təsis edilib.

Mükafat 2016-cı ildən bəri həbsdə olan bir sıra ictimai fəala verilib.

2017-ci ildə“Nərgiz” mükafatı polisə böhtan ittihamı ilə iki il həbs edilən və bu günləryeni ittihamla üzləşən bloqqer Mehman Hüseynova verilmişdi. Ədliyyə Nazirliyinin Penitensiar Xidməti dekabrın 26-da bloqqerə yeni cinayət işi açılması haqqında məlumat yayıb.

“Mehmana dekabrn 26-da 10 günlük cəza təcridxanasına salınma qərarı çıxarılıb. O, şahid kimi dindirilib, daha sonra Cinayət Məcəlləsinin 317.2-ci (cəzaçəkmə müəssisəinin əməkdaşına təhlükəli şəkildə zor tətbiq etmək) maddəsi ilə cinayət işi qaldırılıb. İttiham təsdiqini tapdığı halda Mehmanı 5 ildən 7 ilə kimi həbs cəzası gözləyir”, deyə vəkili bildirib.
Mehman Hüseynov əvvəlki ittiham kimi bunu da qəbul etmir.Onun həbsdən çıxmasına iki ay qalmışdı.

Xatırlatma

AXCP sədrinin müavini G.Bayramlı isə 2017-ci il mayın 25-i axşam saatlarında Gürcüstandan qayıdarkən saxlanıb. Dövlət Sərhəd Xidmətinin İstintaq və təhqiqat idarəsində Cinayət Məcəlləsinin (CM) 206.1-ci (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanıb. Rəsmi açıqlamada iddia olunur ki, Gürcüstandan qayıdarkən G.Bayramlının əşyaları arasında bəyan edilməmiş 12 min dollar pul tapılıb. Bu ittihamla da o, Qazax Rayon Məhkəməsinin hökmüylə 3 il azadlıqdan məhrum edilib.

Noyabrın 14-də Ali Məhkəmə G.Bayramlının cəzasını iki ay azaldıb. Qərara əsasən, G.Bayramlıya qarşı CM-nin 206.1 (qaçaqmalçılıq) maddəsi ilə irəli sürülmüş ittiham da dəyişdirilib. İttiham 29.206.1 maddəsinə, yəni qaçaqmalçılığa cəhdə tövsif olunub.

G.Bayramlı ittihamı qəbul etmir. Məhkəməsində də deyib ki, həmin pulu hüquq-mühafizə əməkdaşları özləri onun əşyaları arasına atıblar, onun həbsi siyasi xarakter daşıyır. O, Gürcüstana müalicə məqsədilə getdiyini, son iki ildə Gürcüstanda dörd dəfə əməliyyat olunduğunu bildirib.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG