Keçid linkləri

2024, 17 May, Cümə, Bakı vaxtı 03:08

Gözəl Bayramlının dərmanları verilməyib


Gözəl Bayramlı barədə 3 aylıq həbs qətimkan tədbiri seçildi
Gözlə

No media source currently available

0:00 0:01:20 0:00

Gözəl Bayramlı barədə 3 aylıq həbs qətimkan tədbiri seçildi

Bu gün, iyunun 7-si Bakı Apellyasiya Məhkəməsində Gözəl Bayramlının ev dustaqlığına buraxılmamasına dair Səbail rayon Məhkəməsinin qərarından verilmiş şikayətə baxılıb.

Hakim İlqar Murquzovun sədrliyi ilə keçən prosesdə şikayət təmin olunmayıb.

İttiham tərəfi G.Bayramlının istintaqdan gizlənə biləcəyini, şahidlərə təsir etmə ehtimalının olduğunu söyləyərək, şikayətin təmin olunmamasını istəyib. Hakim vəkil Zibeydə Zəkəriyyəyevanın arqumentlərini qəbul etməyərək istintaqın mövqeyini üstün tutub.

«Biz xahiş etmişdik ki, xəstəliyi ilə bağlı o, ev dustaqlığına buraxılsın. Gözəl xanımda artroz xəstəliyi var (oynaq xəstəliyi. Artroz zamanı qığırdaq toxuması müxtəlif səbəblər üzündən zədələnir, quruyur, səthi kələ-kötür və çat-çat olur). Gözəl Bayramlı düz 3 dəfə əməliyyat olunub. Təəssüf ki, məhkəmə bizim yox, ittiham tərəfinin dediklərini əsas götürdü»,-deyə vəkil bildirib.

Vəkil deyib ki, G.Bayramlı da prosesdə iştirak edirdi. O, vəkili ilə görüşə aparılmamasına və dərmanlarının ona verilməməsinə etirazını bildirib:

«İttiham tərəfi isə bildirir ki, Gözəl Bayramlının evində axtarış zamanı götürülən bütün xəstəxana tarixçələri və sənədlər ekspertizaya verilib. Ekspertizanın rəyi olmadan, ona hələ ki, dərmanı verməyi düzgün saymırlar».

XATIRLATMA

Mayın 25-i axşam saatlarında AXCP sədrinin müavini G.Bayramlı Gürcüstandan qayıdarkən saxlanıb.

Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 206.1-ci (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanıb.

Mayın 26-sı Səbail rayon Məhkəməsinin hökmü ilə o, 3 ay müddətinə həbs edilib.

Rəsmi açıqlamada Gürcüstandan qayıdarkən onun əşyaları arasında bəyan edilməmiş 12 min dollar pul tapıldığı iddia olunur. G.Bayramlı məhkəmədə deyib ki, həmin pulu hüquq-mühafizə əməkdaşları özləri onun əşyaları arasına atıblar, onun həbsi siyasi xarakter daşıyır.

AXCP sədri Əli Kərimli isə G.Bayramlının Gürcüstana müayinə məqsədilə getdiyini bildirmişdi. Ə.Kərimli vurğulayırdı ki, G.Bayramlı Gürcüstanda müxtəlif vaxtlarda bir neçə dəfə əməliyyat olunub. Əllərində bunu təsdiqləyən sənədlər də var.

AXCP sədrinin müavininə verilən ittiham təsdiqlənərsə, onu 5 ilə kimi həbs gözləyir.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG