Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 07:13

Göz yaşardan əmək-FOTOLAR


Beyləqan rayonu, Türklər kəndi, soğan yığımı, 17 iyul 2018
Beyləqan rayonu, Türklər kəndi, soğan yığımı, 17 iyul 2018

Yay mövsümü başlayandan pambıq sahəsində zəhərlənmələr, günvurmalar, taxıl zəmisini biçməyə texnika axtaranların şikayətləri ilə bağlı bir neçə dəfə reportaj vermişik. Bu dəfə soğandan söz açacağıq. Pambıq kimi dilə-dişə düşməsə də bu bitkinin əkilməsi, becərilməsi və yığılması pambıqdan qat-qat ağırdır. Əkib becərənlər belə deyir.

Pambıq sahələrində əl əməyi ilə yanaşı əkində, becərilmədə və məhsul yığımında əsas işi teknika görsə də soğanla bağlı bu heç də belə deyil. Əllə əkilib, əllə becərilən soğan, sonda da elə bir-bir əllə yığılır.

Bölgələrdə daimi işi-gücü olmayan, ehtiyac içində yaşayan adamlar üçün bu da bir məşğulluqdur. Təki səhər evdən çıxıb işə getsinlər...

O adamlara “günəmuzdçular” deyilsə də soğan yığımında haqq günə görə deyil, işə görə hesablanır. Lək uzunu torpaqda olan soğanlar əllə bir-bir çıxarılır, yaşıl kütləsi və kökləri qayçı ilə kəsilir və kisələrə yığılır. Günün sonunda içərisi soğanla dolu hər kisəyə görə bir manat verilir.

Zirəklər 10 kisə və ya daha çox soğan toplaya bilir, bu işə təzə başlayanlar isə 5-6 kisədən o yana keçə bilmirlər. Bu isə o deməkdir ki, ən çox işləyən evinə 10 manat və bəzən də bir az artıq pul apara bilir. Üstəgəl “günəmudçular” a icazə virilir ki, zədələnmiş və daha xırda soğanlardan evlərinə aparsınlar.

Bu dəfə o insanların nə narazılıqlarını, nə günün altında yanmalarını, nə də hər hansı istəklərini deyil sadəcə danışan fotolarını təqdim edəcəyik. Bu fotoları biz qızmar günəş altında Beyləqan rayonunun Türklər kəndində çəkimişik.

Sahədə işləyənlər əsasən İmişli, Saatlı rayonlarının sakinləridir. Aralarında Biləsuvardan gələn Cəbrayıllı məcburi köçkünlər də var. Gün ərzində bu kənddə iki yüzdən çox adam tarla işi görür. Bu il soğan boldur deyə iş də çoxdur...

Soğan sahəsi, sahibkarlar bu il məhsulun bol olduğunu deyir
Soğan sahəsi, sahibkarlar bu il məhsulun bol olduğunu deyir

Soğanın əllə bir-bir yığılması
Soğanın əllə bir-bir yığılması

Yığılan məhsul daha sonra bir-bir də təmizlənir
Yığılan məhsul daha sonra bir-bir də təmizlənir

Bir yerə yığılan soğanın təmizləmə prosesi
Bir yerə yığılan soğanın təmizləmə prosesi

Təmizlənmiş soğan daha sonra "günmuzdlular" saf-çürük edir, iri soğanlar bir yana, xırda soğanla o biri yana yığılır
Təmizlənmiş soğan daha sonra "günmuzdlular" saf-çürük edir, iri soğanlar bir yana, xırda soğanla o biri yana yığılır

Seçilmiş məhsul kisələrə doldurulur, bir kisə soğan yığdınsa 1 manatın var
Seçilmiş məhsul kisələrə doldurulur, bir kisə soğan yığdınsa 1 manatın var

Soğan dolu kisələr
Soğan dolu kisələr

Pambıq sahələrində olduğu kimi soğan sahələrində də qadınlar günvurmadan belə qorunur
Pambıq sahələrində olduğu kimi soğan sahələrində də qadınlar günvurmadan belə qorunur

İşçilər elə çaylarını da sahədə içirlər, vaxt itirmək istəmirlər
İşçilər elə çaylarını da sahədə içirlər, vaxt itirmək istəmirlər

İşçilər çay da istidən qorunmanın bir yolu sayırlar...
İşçilər çay da istidən qorunmanın bir yolu sayırlar...

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG