Keçid linkləri

2025, 14 Yanvar, çərşənbə axşamı, Bakı vaxtı 21:51

Göyçay çayı üzərindəki körpü istifadəyə verilib


Göyçayda dağılan körpü, 3 iyun 2018
Göyçayda dağılan körpü, 3 iyun 2018

Bu gün, iyunun 22-də Göyçay çayı üzərindəki körpü bərpadan sonra istifadəyə verilib.

Bu barədə Göyçay Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, Fövqəladə Hallar Komissiyasının sədri İkram Vəlaiyev bildirib.

Leysan yağışlar nəticəsində iyunun 2-də Göyçay çayında suyun səviyyəsi və axın sürəti artmışdı. Çay üzərindəki körpü uçmuşdu.

Nəticədə Bakı-Şamaxı-Yevlax yolunda nəqliyyatın hərəkəti dayandırılmışdı. Sürücülər alternativ olaraq Göyçay-Ucar-Kürdəmir-Bakı yolundan istifadə edirdilər.

Bununla da şəhərin bir hissəsinin, həmçinin 30-dan çox kəndin rayon mərkəzi ilə birbaşa nəqliyyat əlaqəsi kəsilmişdi.

Göyçay çayı üzərində yerləşən körpünün uçmasına görə, cinayət işi açılıb və 7 sahibkar həbs edilib.

Baş Prokurorluğun ekologiya və təbii sərvətlər, daxili işlər və fövqəladə hallar nazrilikləri ilə birgə açıqlamasında iddia edilirdi ki, iyunun 2-də Bakı-Şamaxı-Yevlax yolunun 217-ci kilometrində Göyçay çayı üzərində yerləşən körpü qum-çınqıl yataqlarında aparılan qanunsuz istismar işləri səbəbindən uçub.

Bu açıqlamaya, hələlik, həbs edilən sahibkarların özlərinin və ya vəkillərinin münasibətini öyrənmək mümkün olmayıb.

XS
SM
MD
LG