Keçid linkləri

Təcili xəbərlər
2021, 17 Sentyabr, Cümə, Bakı vaxtı 14:23

Azərbaycanla Ermənistanın dövlət sərhədində nə baş verir? (Video)


Yerevan Azərbaycanlı hərbçilərin Gorus-Qafan yolunu bağladığını deyir
Gözlə

No media source currently available

0:00 0:15:01 0:00

Yerevan Azərbaycanlı hərbçilərin Gorus-Qafan yolunu bağladığını deyir

Erməni tərəfi iddia edir ki, Azərbaycan, Gorus istiqamətində iki yolu bağlayıb - biri Qafan - Gorus yolunun Şurnux -Karmrakar hissəsidir, o biri isə Gorus-Vorotan yoludur. 

Erməni tərəfi iddia edir ki, Azərbaycan, Gorus istiqamətində iki yolu bağlayıb - biri Qafan - Gorus yolunun Şurnux -Karmrakar hissəsidir, o biri isə Gorus-Vorotan (Bərgüşad - red) yoludur.

Ermənistan ombudsmanı Арман Tatoyan deyib ki, bu səbəbdən insanların normal həyat tərzi, sərbəst hərəkət hüququ pozulub.

Azərbaycan tərəfi hələ ki, bu barədə hansısa rəsmi açıqlama verməyib.

Dövlət Sərhəd Xidməti AzadlıqRadiosunun sorğusuna cavabında bildirib:

“Azərbaycan-Ermənistan dövlət sərhədində sərhəd müdafiə və mühafizəsi fəaliyyətləri üzrə zəruri tədbirlərin keçirilməsi davam etdirilir. Vəziyyət stabildir, əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır”.

Azərbaycan ərazisindən geçən Gorus-Qafan yolu, Ermənistanın iki rayonunu birləşdirən əsas yoldur.

Paşinyan: Sərhədin bu hissəsinə aid razılaşma yoxdur

Bakıda Təhlükəsizlik Araşdırmalar Mərkəzinin rəhbəri İlham İsmayıl deyir ki, Azərbaycan tərəfinin səbəbi hərbçinin bıçaqlanması ola bilər:

“Beləki, Dövlət Sərhəd Xidmətinin məlumatına görə, dünən gecə, avqustun 25-də Azərbaycanın Qubadlı rayonunun Aşağı Cibikli kəndi yaxınlığında - həmin yolda iki Ermənistan hərbçisi Azərbaycan sərhədçisinə hücum edərək süngü ilə onu yaralayıb qaçıblar. Amma Ermənistan belə bir hadisənin olmadığını deyir”.

İlham İsmayıl bildirir ki, ermənilər Azərbaycan ərazisindən bu cür istifadə etdiyi müddətcə belə təxribatlar olacaq. O deyir ki, Azərbaycan tərəfi daha detallı yoxlamalar həyata keçirməlidir:

“Azərbaycan Ermənistan nömrəli hər bir yükə nəzarət etməlidir ki, nə aparırlar”.

Avqustun 26-da Ermənistan parlamentində etdiyi çıxışda baş nazir Nikol Paşinyan bu məsələ ilə bağlı deyib ki, Gorus yolunun Azərbaycandan keçən hissəsi ilə əlaqədar hansısa razılaşma yoxdur və Rusiyanın da iştirakı ilə belə bir üçtərəfli sənədin əldə olunması istiqamətində səylər davam edir.

Ermənistan Azərbaycanın bu ərazisində də Rusiya sərhədçilərinin durmasını istəyir

Ermənistanda siyasi şərhçi Ruben Mehrabyan isə bildirir ki, onun ölkəsi yolun həmin hissəsində Azərbaycana aid yerlərin də Rusiya sərhədçilərinin mühafizəsinə verilməsini istəyir:

“Əgər bunun başqa yolu yoxdursa və o yoldan istifadənin yeganə çıxış yolu Rusiya sərhədçilərinin durmasıdırsa, bəli, belə də olmalıdır. İndi Rusiya, Azərbaycan, Ermənistan baş nazirlərin müavinlərinin görüşləri keçirilir və mən güman edirəm ki, bu məsələ də orda müzakirə olunur. Çünki hələ də 10 noyabr bəyannaməsinin 9-cu bəndinə əməl olunmayıb və regionda kommunikasiya xətləri açılmayıb, heç olmasa, bu ərazidə məsələnin həllini Ermənistan belə görür”.

Erməni ekspert: "Qubadlıdakı yolda da erməniləri Rusiya qorusun"
Gözlə

No media source currently available

0:00 0:03:59 0:00

Ermənistanlı şərhçinin bu fikrinə Bakıdan münasibət öyrənmək mümkün olmayıb. Amma Ermənistanla dövlət sərhədinin Rusiya sərhədçilərinin nəzarətinə verilməsi barədə bundan əvvəl də Yerevandan təkliflər səslənib. Hər dəfə də Bakıda rəsmilər qeyd edirlər ki, Azərbaycan özünün bütün dövlət sərhədlərini özü qorumağa qadirdir.

Bakıda şərhçi İlham İsmayıl hesab edir ki, Gorus-Qafan yolunun tezliklə Rusiyanın müdaxiləsi ilə açılacağını gözləyir. Amma o hesab edir ki, məsələnin birdəfəlik həlli üçün Ermənistan öz ərazisində Azərbaycandan yan keçən yol çəkməlidir.

Keçən il 44 günlük müharibədən sonra 10 noyabr razılaşmasından sonra iki ölkə arasında sərhədlərin delimitasiyası və demarkasiyası problemi hələ ki, həll olunmamış qalır.

Şərhlər

XS
SM
MD
LG