Keçid linkləri

2024, 21 İyul, bazar, Bakı vaxtı 08:19

Paşinyan gömrük postlarını 'dəhliz məntiqi' ilə bağlayır


Azərbaycan Gorus- Qafan yoluna post qurur. Ermənistanda etiraz
Gözlə

No media source currently available

0:00 0:14:57 0:00

Azərbaycan Gorus- Qafan yoluna post qurur. Ermənistanda etiraz

Paşinyan deyib ki, gərəkərsə, Ermənistan Gorus-Qafan yolunda gömrük, pasport nəzarəti postları quracaq

Ermənistan öz vətəndaşlarına Gorus-Qafan yolundan istifadəni qadağan edib

AzadlıqRadiosunun Erməni xidməti - Azatutyun xəbər verir ki, Azərbaycan tərəfi Ermənistanda alternativ Tatev-Aqvan avtomobil yolu tikintisinin başa çatması ilə eyni vaxtda, noyabrın 11-dən Qafan-Gorus yolunun onun nəzarətində olan sektorunda gömrük məntəqələrinin yerləşdirilməsinə başlayıb.

Bu səbəbdən Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) sərhədçiləri Ermənistan nömrəli maşınların bu yolla hərəkətini qadağan ediblər.

Azatutyun yazır ki, noyabrın 11-də günorta hətta onun çəkiliş qrupunun bu yolla hərəkətinə imkan verilməyib.

Çəkiliş qrupuna bildirilib ki, dünən gecə yarısından bu yola qadağan qoyulub, çünki Azərbaycan tərəfi gömrük məntəqələri qurur.

Azatutyun xatırladır ki, Azərbaycan qüvvələri Gorus-Qafan yolunun 21 kilometrlik sektoruna nəzarəti 44 günlük müharibədən sonra ələ alıblar.

Sonra nə olacağı məlum deyil

Azərbaycan tərəfi habelə iki ay bundan əvvəl həmin sektorda polis postu quraraq İran nömrəli yük maşınlarından rüsum tələb etməyə başlayıb.

Lakin Ermənistan vətəndaşları dünənə qədər Ermənistan MTX-nin müşayiəti ilə bu yoldan istifadə edirdilər.

Azatutyun xəbər verir ki, alternativ Tatev-Aqvan yolunun tikiintisi başa çatsa da, iranlı sürücülər Gorus-Qafan yolundan istifadəni davam etdirirlər.

Onların bu yoldan istifadəsinə icazə verilib.

Azatutyunun yazdığına görə, bu yoldan ermənilərin daha sonra istifadə etməsinə icazə verilib-verilməyəcəyi məlum deyil.

Xəbərdə deyilir ki, əsas yolun bağlanması Sünik vilayətinin bir neçə kəndinin sakinləri üçün çox ciddi problemlər yarada bilər.

Bu kəndlərin Gorus və Qafanla əlaqəsi məhz qadağan edilmiş yolla idi.

***

Gorus-Qafan yolunun Eyvazlı və Çayzəmi hissələrində gömrük postlarının qoyulmasından yayınmaq olardı, amma bu, “dəhliz məntiqi” bahasına başa gələrdi. Bunu Baş nazir Nikol Paşinyan bu gün – noyabrın 11-də hökumətin iclasında deyib. Azərbaycanın bu gündən sözügedən yolda gömrük nəzarəti tətbiq etməyə başlayıb.

Ermənistan nəzarətsiz nəqliyyat dəhlizlərinə qarşıdır

“Sual yarana bilər: bu yolda Ermənistan Respublikasının vətəndaşları və yüklərinə sərhəd nəzarətinin tətbiq olunmaması üçün danışıqlar aparmaq olmazdımı? Olardı, amma bunu dəhliz məntiqi bahasına etmək lazım gələrdi ki, bu da bizim üçün qəbulolunmazdır”, – Paşinyan deyib.

Baş nazir qeyd edib ki, Ermənistan öz ərazisindən hər hansı nəzarətsiz nəqliyyat dəhlizlərinin çəkilməsini rədd edir.

O, 11 noyabra keçən gecədən gömrük və pasport nəzarəti tətbiq olunacağı haqda Azərbaycan tərəfdən qeyri-rəsmi informasiya aldıqlarını deyib. Paşinyan İrandan gələn yük maşınları ilə bağlı vəziyyətin dəyişmədiyini deyib. Onları avqustdan yoxlayırlar.

Azərbaycanla Ermənistan arasında Rusiyanın vasitəçiliyi ilə aparılan danışıqlarda regionda kommunikasiyaların açılması müzakirə olunur. Azərbaycan bu günlərdə təməli qoyulmuş Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunu "Zəngəzur dəhlizi"nin bir hissəsi kimi görür. Zəngilan rayonunu Naxçıvan MR ilə birləşdirəcək həmin yolun Ermənistanın Sünik rayonundan keçəcəyi gözlənir. Ermənistan isə “dəhliz” terminindən istifadəni öz suverenliyinə təhdid hesab edir.

Alternativ yol

Baş nazir Paşinyan Ermənistandan nəqliyyatın alternativ Qafan-Aqvani-Tatev yoluna yönləndirildiyini vurğulayıb. O, onillərlə istifadəsiz qalan yolun tamamilə yenidən bərpa olunduğunu qeyd edib.

“Özüm bu yolla getmişəm və keyfiyyətli yolun çəkildiyinin şahidi olmuşam. Onu yalnız qoşqulu maşınların döngələrdə keçidinə uyğunlaşdırmaq qalır. Ötən gecə bu yoldan Qafana İran maşınları daxil 100-ə yaxın maşın gedib”, – Paşinyan deyib.

Baş nazir yeni yolla Yerevandan Qafana gediş vaxtının artmadığını da qeyd edib.

O, yolun bəzi hissələrində əlavə təmir aparıldığını, işlərin mümkün qədər tez yekunlaşacağını vurğulayıb.

Paşinyan deyib ki, gərəkərsə, Ermənistan Gorus-Qafan yolunda gömrük, pasport nəzarəti postları quracaq.

Müxalifətin etirazı

Bu arada parlamentdəki müxalifət fraksiyalarının təmsilçiləri və onların tərəfdarları Yerevanda hökumət binasının qarşısında etiraz aksiyası keçiriblər. Onlar Gorus-Qafan yolunda gömrük nəzarətinin qurulmasına etiraz ediblər.

Müxalifətin “Şərəfim var” fraksiyasından deputat Ayk Mamicanyan Paşinyan hökumətini “xəyanətkar” adlandırıb.

“Səni hakimiyyətdən uzaqlaşdırmasaq, ölkəmiz normal yaşaya bilməyəcək”, – o, Paşinyana qiyabi müraciətlə deyib.

Xatırlatma

Ötən sentyabrda Azərbaycan silahlı qüvvələri Gorus-Qafan avtomobil yolunun onların nəzarətində olan sektorunda post qurub.

Bu postda İrandan Ermənistana gedən yük maşınlarının yoxlanmasına başlanıb. O vaxt iki İran sürücüsünün saxlanması Bakı və Tehran arasında münasibətləri gərginləşdirmişdi.

Onda İran rəsmiləri Gorus-Qafan yoluna alternativ olaraq çəkiləcək yolun tikintisində Tehranın Yerevana dəstək verəcəyini bildirmişdilər.

Ötən il 44 günlük Qarabağ müharibəsindən sonra Azərbaycan Qarabağın bir hissəsi və ətraf 7 rayona nəzarətini bərpa edib. Qarabağda ermənilərin yaşadıqları ərazilərə Rusiya hərbçiləri yerləşdirilib. Azərbaycanla Ermənistan sərhədlərinin delimitasiyası ilə hələ başlamayıb.

XS
SM
MD
LG