Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 03:10

Erdoğan indi də Google-la çəkişir, amma o tək deyil


Prezident Erdoğan Google şirkətinin YouTube kanalını dəfələrlə bağlayıb
Prezident Erdoğan Google şirkətinin YouTube kanalını dəfələrlə bağlayıb

Türkiyə Google internet axtarışı nəhənginin populyar Android proqramının ölkənin antiinhisar qanunlarını pozub-pozmadığı barədə iddiaların araşdırılmasına başlayıb.

“The New York Times” yazır ki, bu, Google axtarış mühərrikinin üzləşdiyi ilk hüquqi çəkişmə deyil. Ona qarşı Avropada üç antirəqabət iddiası araşdırılır.

Bundan əvvəl Rusiya Google-ın onun antiinhisar qanunvericiliyini pozduğu barədə qərar qəbul etmişdi. Şirkətə qarşı habelə Birləşmiş Ştatlarda təhqiqat aparılıb.

Google özünə qarşı iddiaları rədd edir və bildirir ki, onun axtarış və internet xəritələri kimi rəqəmsal xidmətləri heç bir qanun pozuntusuna yol verməyib.

Qərb mediası yazır ki, ümumiyyətlə Google Silikon vadisinin Facebook və Amazon kimi nəhəngləri ilə bütün dünya boyu getdikcə daha çox çəkişmələrə girişməli olur.

Lakin Türkiyəyə gəlincə, bu, Google şirkətinin bu ölkədə üzləşdiyi ilk problem deyil. Bundan əvvəl prezident Erdoğan Google şirkətinin populyar YouTube kanalını dəfələrlə bloklayıb.

Bu da qeyd olunur ki, Türkiyə prezidenti sosial şəbəkələrə özünün siyasi opponentlərinə görə hücumlar edir.

Türkiyədə qaldırılmış son iddia şirkətin Android proqramı bağlamasına daxil rəqəmsal xidmətləri necə göstərməsi ilə əlaqədardır.

Android-dən bütün dünya üzrə smartfonların 75 faizi istifadə edir.

Ötən il Google şirkətinə qarşı iddianı onun Rusiyadakı rəqibi Yandex də qaldırmışdı.

Yandex şikayət edirdi ki, mobil telefon şirkətləri öz məhsullarını Google şirkətinə sərfəli sistemlə istehsal edirlər. Belə telefon dəstləri Google şirkətinin Android-ini işlətmək məcburiyyətində qalırlar.

Türkiyənin rəsmi rəqabətə nəzarət agentliyi bundan əvvəl Yandex-in şikayətinə qoşulmayacağını bildirsə də, sonradan qərarını dəyişib.

Bundan əvvəl Google şirkətinin rəqabət qanunlarını pozduğuna dair iddiaları Avropa Komissiyası da araşdırmışdı.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG