Google “Axtarış ili” adlı hesabatında bu il ərzində ən çox verilən sorğuların siyahısını dərc edib.
Sorğuların arasında birincilik Qəzza zolağında müharibə və “Barbigeymer” mövzularına aiddir.
İsrailin HƏMAS ekstremist Fələstin qruplaşmasına qarşı müharibəsi xəbərlər kateqoriyasında ən çox axtarışa verilən mövzu olub.
Onun ardınca “Titan” turist batiskafının qəzası və nəticədə 5 sərnişinin həlak olması gəlir. Titan mini sualtı qayığının sərnişinləri “Titanik” gəmisinin qalıqlarına baxmaq üçün səyahətə çıxmışdılar.
Təbii fəlakətlər barədə xəbərlərin ilk onluğuna dörd fəlakət – Türkiyədə zəlzələ, Şimali Amerikada qasırğalar və ABŞ-da iki atışma düşüb.
Şəxslər, filmlər, mahnılar...
Google-da ən çox axtarılan idmançı amerikalı Damar Hemlin, ən çox axtraılan aktyor Ceremi Renner olublar. Renner 2023-cü ilin 1 yanvarında şəxsi qartəmizləyən maşınının altına düşmüşdü.
Bu onluqda müğənni Şakira da var. Axtarışçı şəxsləri cinsinə görə fərqləndirmir.
Kino kateqoriyasında axtarış birinciliyi qadınlıq və kişilik mövzularına həsr olunmuş “Barbi” komediyasına məxsusdur. Bu kateqoriyaya aid onluqda “Oppenheymer” trilleri, “Bizlərdən biri” serialı, “Uensdey” və “Cinni və Corciya” filmləri də var.
Yaponiyanın “Yoasobi” duetinin “Aydol” mahnısı 2023-cü ildə ən çox axtarılan musiqi olub.
Hogwarts Legacy ən çox axtarılan oyun, “pibimbap” adlı ənənəvi Koreya xörəyinin resepti ən çox axtarılan xörək resepti olub.
Google habelə bəzi ölkələr üzrə ən çox axtarılan mövzuları təhlil edib. Hazırda Rusiya bölümünə giriş bağlıdır.