Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 23:29

Google-da antimüsəlman ifadələrin axtarışı kəskin artıb


Çexiyada İslam əleyhinə mitinq (Arxiv)
Çexiyada İslam əleyhinə mitinq (Arxiv)

Orlando hücumundan sonra İnternetdə antimüsəlman axtarışlarının sayı kəskin artıb

Google axtarış sisteminin istifadəçilərinin axtarışa verdiyi spesifik söz və ifadələrlə bağlı trendləri görməyə imkan verən Google Trends alətinin nəticələri göstərir ki, Orlando hücumundan sonra bir sıra antimüsəlman ifadələrin axtarışı kəskin artıb.

Martın 22-də Brüsseldə baş vermiş terror hücumlarından sonra da belə olmuşdu.

PRI (Public Radio International) Google Trendsdə beş ifadəni yoxlayıb: "müsəlmanları öldürün", "müsəlmanlar terrorçudur", "İslamı dayandırın" və "müsəlmanlara nifrət edirəm".

Onların hər biri ilə bağlı axtarışların sayının artdığı məlum olub.

Google Trends müəyyən bir ifadənin istifadəçilər tərəfindən neçə dəfə axtarışa verildiyi barədə dəqiq bir rəqəm göstərmir.

Əvəzində o, axtarış sayını qrafikdə ən yüksək axtarış səviyyəsinə nəzərən görməyə imkan verir. Rəqəmlər 0-100 arasında dəyişir.

Google Trends-dən görmək olur ki, belə ifadələri axtarışa verən istifadəçilər əsasən ABŞ, Britaniya, Avstraliya və Kanadadandır. Ancaq məlumatı yalnız ABŞ-dan olan istifadəçilərlə məhdudlaşdıranda yenə də eyni trend görünür.

____________________________________________________________

Bunlara da bax:
Rusiya şərti olaraq çempionatdan xaric edildi
Müraciətə baxmayanlara cərimə

____________________________________________________________

Antimüsəlman ifadələrin axtarışının ən yüksək göstəricisi ötən il noyabrın 13-də Parisdə baş vermiş terror hücumlarından sonra qeydə alınıb. Ötən il dekabrın 2-də San Bernardinoda törədilmiş hücumdan sonra da ciddi artım hiss olunub.

Ekspertlər deyirlər ki, islamofobiyanın güclənməsi İŞİD qruplaşmasına sərf edir. Terror hücumları vasitəsilə Qərbdə yaşayan müsəlmanlarla onların həmvətənləri arasına nifaq salmaq həmişə İŞİD-in strategiyasının bir hissəsi olub.

"New York Times"ın dekabrda dərc etdiyi yazıda göstərilir ki, İnternetdə antimüsəlman ifadələrin axtarışı ilə ABŞ-da müsəlmanlara qarşı yönəlmiş nifrət cinayətlərinin arasında birbaşa əlaqə var. Məqalədə deyilir ki, islamofob ifadələrin axtarışı ən yüksək həddə olanda nifrət cinayətləri də ən yüksək həddə çatır.

Buna da bax: ABŞ-da gey kluba hücum edən “əfqan əsilli” olub [Video]

ABŞ-da gey kluba hücum edən “əfqan əsilli” olub [Video]
Gözlə

No media source currently available

0:00 0:01:00 0:00

XS
SM
MD
LG