Keçid linkləri

Təcili xəbərlər
2020, 07 Avqust, Cümə, Bakı vaxtı 21:59

Google şarları bağlantısız yerlərə internet ‘daşıyacaq’


Loon şarları artıq 2013-ci ildə Kraystçerçdəki Hava muzeyində nümayiş etdirilmişdi

Google-un istehsalı olan hava şarları Keniyanın internet xidməti ilə təchiz edilməsi üçün fəzaya buraxılıb.

The Independent yazır ki, bu texnologiya internetlə az və yaxud tamamilə təchiz edilməyən məkanların virtual rabitə ilə təminatı üçün yaradılıb.

Bu da qeyd olunur ki, belə hava şarları 80 min kvadrat kilometr sahəni internet bağlantısı ilə təmin edə bilir.

Məqalədə deyilir ki, ümumilikdə Afrika üzərinə günəş enerjisi ilə hərəkət edən bu şarlardan 35-ni çıxarmaq planlaşdırılır.

Texnologiyanın yaradıcısı Google şirkətinin də daxil olduğu Alphabet qrupunun müstəqil Loon firmasıdır.

Küləklərin köməyi ilə

Qeyd olunur ki, bu texnologiya Google-un çoxsaylı “fantastik” layihələrindən biridir və ilkin versiyaları pivə soyuducuları ilə Wi-Fi ruterlərindən hazırlanmışdı.

Lakin sonralar Loon bu layihəni genişləndirərək inkişaf etdirdi və beləliklə ilk dəfə olaraq göydən internet bağlantısı verən sistem hasilə gəldi.

The Independent yazır ki, hazırda Loon şəbəkəsinin bağlantısı kəsintili ola bilər, çünki heç də bütün şarlar havaya buraxılmayıb.

İlkin xidməti yaradacaq 35 şar Amerikadan xüsusi qurğularla havaya qaldırılacaq və bundan sonra küləyin köməyi ilə Keniya üzərinə çatdırılacaq.

Bəziləri internetə bu şarlarla bağlandığından xəbərsizdir

Şirkətin baş direktoru Alastair Westgarth deyib ki, indiyədək aparılmış sınaqlar belə şarların 18.9Mbps sürətli internet verə bildiyini göstərib.

Bu, bəzi evlərdəki Wi-Fi bağlantısı ilə müqayisə oluna bilər və səsli və mətnli zənglərin edilməsi və YouTube kimi saytların videolarına baxılması üçün kifayətdir.

Cənab Westgarth qeyd edib ki, erkən sınaqlar bir çox keniyalının internetə bu şarların vasitəsilə bağlandığını göstərir, hərçənd heç də hamı hələki bunu bilmir.

Onun sözlərinə görə, bu layihənin həyata keçirilməsi Telkom Kenya şirkəti ilə işbirliyi nəticəsində mümkün olub.

Google bildirir ki, o şar uçurtmaqla hazırkı yerüstü və kosmik texnologiyaları əvəzləmək məqsədi qoymayıb.

Əksinə, Westgarth-ın ideyasına görə gələcəkdə bütün dünya boyunca rabitənin hər bir insanın ehtiyaclarına uyğun çoxsaylı növləri olmalıdır.

Şərhlər

XS
SM
MD
LG