Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 13:49

4 gömrük işçisi saxlanıb


Dövlət Gömrük Komitəsi
Dövlət Gömrük Komitəsi

Dövlət Gömrük Komitəsinin (DGK) Poçt göndərişləri gömrük postunun rəisi İsmayıl Abdullayev, postun rəis müavini Rəşad Rzayev, postun böyük inspektoru Səbuhi Hüseynov, Skanlaşdırma və texniki nəzarət vasitələrinin tətbiqi şöbəsinin baş inspektoru Elizbər Rəhimov saxlanıb.

Bu barədə DGK-nin bu gün, yanvarın 8-də yaydığı məlumatda bildirilir.

Məlumatda bununla bağlı ötən il dekabrın 6-da Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin keçirdiyi əməliyyat tədbirlərindən bəhs edilir.

Orada qeyd edilir ki, saxlanan şəxslər vəzifə səlahiyyətlərini aşmaq və qulluq mövqeyindən sui-istifadə etməklə elektron ticarət sahəsində fəaliyyət göstərən şəxslərlə cinayət əlaqəsinə girməkdə şübhəli bilinir.

“Fakt üzrə Cinayət Məcəlləsinin 313, 312, 311,308 və 206-cı maddələri üzrə cinayət işi başlanılıb”, məlumatda yazılıb.

Həmin maddələrdə də söhbət qaçaqmalçılıq, vəzifə səlahiyyətlərindən sui-istifadə, rüşvət və vəzifə saxtakarlığından gedir.

DGK bildirir ki, sözü gedən şəxslər qurum sədrinin əmri ilə gömrük orqanlarından xaric edilib, barələrində toplanmış materiallar Baş Prokurorluğa göndərilib.

“Dövlət Gömrük Komitəsi bildirir ki, fakt üzrə məlumatların ictimaiyyətlə paylaşılmaması əməliyyat-istintaq tədbirlərinin davam etdirilməsi ilə bağlı olub”, açıqlamada yazılır.

Hələlik, bu açıqlamaya saxlanan şəxslərin və ya onların vəkillərinin münasibətini almaq mümkün olmayıb. Onların ittihama münasibəti bildirilmir.

XS
SM
MD
LG