Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 10:58

Gömrük ili 2 milyardla tamamladı


Şerif. Karikatura, Munk
Şerif. Karikatura, Munk

DGK-da AzadlıqRadiosu-na deyiblər ki, yanvar-noyabr aylarında yığılan gömrük rüsumlarının və vergilərin toplam həcmi 2 milyard 56,6 milyon manat olub. Bu, əvvəlki ilin eyni dövründəkindən 665,5 milyon manat və ya 47,8 faiz çoxdur.

Dövlət Gömrük Komitəsinin (DGK-nın) yığdığı vəsaitlərin əsas hissəsi əlavə dəyər vergisinin (1 milyard 366,5 milyon manat) payına düşür.

Buna da bax:​ Gömrük planı yerinə yetirdi - devalvasiyanın köməyi ilə

Noyabr ayında idxal-ixrac əməliyyatlarından dövlət büdcəsinə 219,6 milyon manat, oktyabrdakından 36,5 milyon manat çox gömrük ödənişi daxil olub. Nəticədə DGK xəttilə büdcə daxilolmaları 2 milyard manatı aşıb.

DGK-da AzadlıqRadiosu-na deyiblər ki, yanvar-noyabr aylarında yığılan gömrük rüsumlarının və vergilərin toplam həcmi 2 milyard 56,6 milyon manat olub. Bu, əvvəlki ilin eyni dövründəkindən 665,5 milyon manat və ya 47,8 faiz çoxdur.

Buna da bax: 3 manata 'Versace', 100 manata 'Beko'?

Yük ƏDV-yə düşüb

Komitənin yığdığı vəsaitlərin əsas hissəsi əlavə dəyər vergisinin (1 milyard 366,5 milyon manat) payına düşür. Yığımların 26,5 faizi gömrük rüsumlarıdır (546,6 milyon manat).

Təsdiqlənmiş dövlət büdcəsinə görə, DGK gələn il 2,2 milyard manat vergi və rüsumun ödənilməsini təmin etməlidir. Artıq indidən məlumdur ki, komitə bu il gələn ilin planından da çox vəsait toplayacaq. Dekabrda, sadəcə, 143,4 milyon manat toplamaq yetərlidir.

Buna da bax: Prezident 'yardım edək' deyir, gömrük - 'tutub alaq'?

Gələn il komitə üçün asan olmayacaq

Hökumət gələn il gömrük rüsumlarının toplanmasında müəyyən problemlərin olacağına işarə edib. Dövlət büdcəsindən görünən odur ki, bu növ daxilolmalar üzrə yığım, azı, 100 milyon manat azalacaq. Komitə əsas diqqəti ƏDV yığımlarına yönəldəcək.

DGK-nın vəziyyətini ağırlaşdıran bir məqam da sənaye və texnologiya parklarının qurulması ilə bağlı ölkəyə gətirilən avadanlıq və malların gömrük rüsumlarından və ƏDV-dən azad edilməsidir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG