Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 20:17

Qızılağac Milli Parkı yaradılır


Çəhrayı qutan Qızılağacın sakini
Çəhrayı qutan Qızılağacın sakini

Azərbaycanda Qızılağac Milli Parkı yaradılacaq.

Prezident İlham Əliyev bu gün, sentyabrın 26-da bununla bağlı sərəncam imzalayıb.

Sənədə görə, bu, xüsusi mühafizə olunan təbiət əraziləri şəbəkəsinin genişləndirilməsini, biomüxtəlifliyin qorunub saxlanılmasını, təbii resurslardan səmərəli istifadəsini və ekoturizmin inkişafını təmin etmək məqsədi daşıyır.

Sərəncama əsasən, milli parkın yaradılmasından ötrü Kiçik Qızılağac Dövlət Təbiət Yasaqlığına aid torpaqlardan 10390,89 hektar və Neftçala rayonunun inzibati ərazisində yerləşən dövlət ehtiyat fondu torpaqlarından 309,11 hektar ayrılacaq.

Qızılağac Milli Parkının Qızılağac Dövlət Təbiət Qoruğunun bazasında yaradılması planlaşdırılır.

Xatırlatma

Qızılağac dövlət təbiət qoruğu 1929-cu ildə Xəzər sahilinin cənub-qərbində 88.4 min hektar ərazidə yaradılıb.

Məqsəd köçəri, su, bataqlıq, çöl quşlarının qışlaması, artırılması və qorunması olub. Ərazisi su, bataqlıq və yarımsəhra bitkiləri ilə zəngindir.

Sahəsinə görə, Azərbaycanda ən böyük qoruq hesab olunurdu. Qoruqda ildə 300 növə yaxın quşların məskunlaşdığı, 50 növdən çox balıq növlərinə rast gəlindiyi deyilirdi.

XS
SM
MD
LG