Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 13:34

Gürcüstan prezidenti banklara qarşı getdi


Giorgi Margvelashvili
Giorgi Margvelashvili

Prezident bankirlərin yoldaşı deyil

Gürcüstan prezidenti Georgi Margvelashvili borca görə vətəndaşların yaşadığı mənzildən köçürülməsi haqda sadələşdirilimiş qaydanın ləğvi ilə bağlı qanunvericilik aktlarına dəyişiklikləri təsdiqləyib.

Giorgi Margvelashvili
Giorgi Margvelashvili

Ölkə rəhbəri biznesmenlər və bankirlərin etirazına baxmayıb. Onlar bu dəyişikliyi vətəndaşların mülkiyyəti ilə bağlı konstitsion hüquqlarının pozulması sayırlar.

“Polis gücü ilə köçürülmə” adlanan düzəlişin ləğvi təkcə bankir və biznesmenlərin etirazına səbəb olmayıb. Hakim “Gürcü arzusu” koalisiyasının özündə də bu məsələyə yekdil baxış yoxdur. Biznes ombudsman Georgi Qvakharia deyir ki, polis gücü ilə köçürmə mövcud vəziyyət üçün daha optimal idi: “Düşünürəm ki, Gürcüstan iqtisadiyyatı yeni qanuni normalara adaptasiya üçün hazır deyil”.

Etirazlara baxmayaraq, parlament çoxluğu bir müddət əvvəl borcluların məhkəmə yolu ilə köçürülməsi ilə bağlı düzəlişə səs verdikdən sonra ümid prezidentin vetosuna qalmışdı. Güman edilirdi ki, o, qanun layihəsinə mane olacaq. Bankirlərin və biznesmenlərin təmsilçiləri ilə görüşündə də Georgi Margvelashvili qanun layihəsinə veto qoya biləcəyini istisna etməmişdi.

Prezident adminstrasiyasının rəhbəri Georgi Abashishvili də vəd vermişdi ki, prezidentin qərarı heç kəsin marağını pozmayacaq.

Borclular sevinir

Amma prezident sonda layihəni imzalayıb. O bunu problemli borcluların marağını müdafiə edən “Dəstək və Ədalət” təşkilatının rəhbəri

ilə görüşdən dərhal sonra edib. Nana Qadagishvili prezidentlə görüşdən sonra öz sevincini gizlətməyib: “Ümid edirəm ki, prezident bu qanuna bankirlər və biznesmenlərin tələb etdiyi vetonu qoymayacaq. Bu görüş növbəti işgüzar əməkdaşlıq üçün stimul verdi”.

“Yeni qanun dövlətə problem yaradacaq”

Hüquqşünas Levan Alapishvili hesab edir ki, prezident mülkiyyətə zəmanət verən Konstitusuya normalarını pozub. O deyir ki, bu qanun tezliklə dövlətə problemlər yaradacaq. Məsələn, bu günlərdə Dövlət Universitetinin rəhbərliyi yeni qanunun qüvvəyə minməsindən qorxub polis gücünə sakinlərin özbaşına tutduğu binadan çıxarılmasını tələb etdi. Düşünürəm ki, bundan sonra dövlət əmlakının özəlləşdirilməsi kütləvi problemlər yaradacaq. Məhkəmə xərcləri isə vergi ödəyənlər üçün heç də kiçik məbləğ olmayacaq”.

İndi parlamentin qərarına yalnız Konstitusiya Məhkəməsi qadağa qoya bilər. Gürcüstan banklarının Assosiasiyası qanundan şikayət verməyə hazırlaşır.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG