Keçid linkləri

2024, 23 May, Cümə axşamı, Bakı vaxtı 10:35

'Gilan Holding'in vitse-prezidenti məhkumluğunun götürülməsini istəyir


Hökm. Foto arxiv
Hökm. Foto arxiv

Bir bankda milyonun mənimsənilməsində suçlu bilinən şəxs başqa bir banka rəhbərlik edirmiş...

«Gilan Holding»in vitse-prezidenti Məhəmməd Cahangirzadə üzərindəki şərti cəzanın ləğvi və məhkumluğun götürülməsindən ötrü məhkəməyə üz tutub. Onun üzərində Beynəlxalq Bankdakı mənimsəmələrə görə şərti cəza var.

Bankın keçmiş rəhbəri Cahangir Hacıyevin haqqındakı birinci cinayət işi üzrə məhkəmədə 2016-cı ildə onunla birlikdə mühakimə olunan 7 nəfərdən biri də M.Cahangirzadə idi. O zaman onun adı Məmməd Cahangirov idi. Sonradan o, həm adına, həm də soyadına dəyişiklik edib.

M.Cahangirov 2001-2011-ci illərdə Beynəlxalq Bankın «Nərimanov», 2011-2015-ci illərdə isə «Sənaye» filialının müdiri işləyib. 2016-cı ilin oktyabrında Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmüylə ona şərti cəza verilmişdi. Bankdakı mənimsəmələr, o cümlədən Nərimanov filialından kredit şəklində götürülüb qaytarılmayan vəsaitlərə görə hökmdə M.Cahangirovun üzərinə həm də 1 milyon 200 min manat ödəmək öhdəliyi qoyulmuşdu.

M.Cahangirov hökmdən apellyasiya şikayəti verib, bəraət istəmişdi. Bakı Apellyasiya Məhkəməsi onun bəraət istəyini təmin etməsə də, 1 milyon 200 manatlıq ödəniş məsələsində hökmə dəyişiklik etdi. Bu məbləğin ödənişiylə bağlı öhdəlik də M.Cahangirovun üzərindən götürülüb C.Hacıyevin üzərinə qoyuldu.

M.Cahangirov 2015-ci ilin aprelində Beynəlxalq Bankdakı vəzifəsindən azad ediləndən 7 ay sonra – 2015-ci ilin noyabrında «AFB Bank»ın Müşahidə Şurasının üzvü təyin edilib. Həmin ilin dekabrında Müşahidə Şurasının sədri vəzifəsinə yüksəlib. O, 2017-ci ilin iyununa qədər bu vəzifədə işləyib.

M.Cahangirov istintaq altında olanda, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən məhkəmə iclaslarına gedib-gələndə artıq «AFB Bank»a rəhbərlik edirmiş. Başqa sözlə, Azərbaycanda bir bankdakı milyonlarla vəsaitinin mənimsənilməsində təqsirli bilinən şəxs həmin vaxt başqa bir banka başçılıq edib.

Yasamal Rayon Məhkəməsi M.Cahangirzadənin üzərindəki şərti cəzanın ləğvi və məhkumluğun götürülməsi barədə ərizəsini təmin edib. Amma prokurorluq bu qərardan narazı qalaraq, apellyasiya protesti verib. Bugünlərdə Bakı Apellyasiya Məhkəməsində həmin protestlə əlaqədar məhkəmə iclası təyin edilsə də, nə M.Cahangirzadə özü gəlib, nə də nümayəndəsi. Ona görə də hakim Rizvan Səfərov bu işlə bağlı araşdırmaları avqustun 21-nə saxlayıb.

Xatırlatma

Cahangir Hacıyev 2015-ci il dekabrın 5-də həbs olunub. O, 2016-cı il oktyabrın 14-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 15 il azadlıqdan məhrum edilib. C.Hacıyev mənimsəmə və başqa bir sıra cinayətlərdə təqsirli bilinib.

Hazırda gedən «Beynəlxalq Bank işi» üzrə mühakimə olunan 22 nəfərə CM-in 179.3.1 (mütəşəkkil dəstə tərəfindən mənimsəmə və ya israf etmə) və 179.3.2 (külli miqdarda ziyan vurmaqla mənimsəmə və ya israf etmə) maddələri ilə ittiham irəli sürülüb.

C.Hacıyevə həmçinin, vergidən yayınma, vəzifə saxtakarlığı kimi ittihamlar da verilib. Təqsirləndirilən şəxslər isə ittihamları qəbul etmir.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG