Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 15:16

Serbiyanın ilk gey naziri


Ana Brnabic
Ana Brnabic

►Serbiyanın ilk gey naziri Balkanlarda yeni tarix yazır.

Ana Brnabiç Serbiyada yeni təyin edilmiş 6 nazirdən biridir, lakin məhz o, gey olduğunu açıq etiraf edərək Balkan ölkələrində ilk olaraq nazir vəzifəsində xidmət edəcəyinə görə ictimaiyyətin diqqətini daha çox cəlb edə bilib.

Ana 40 yaşlı nazir ingilis və rus dillərində sərbəst danışır, ABŞ və Birləşmiş Krallıqda təhsil alıb. Brnabik dövlət idarəetməsində ekspert olmaqla yanaşı, 2006-cı ildə Yerli İqtisadi İnkişaf üçün Milli Birlik (NALED) təşkilatını yaradıb.

Serbiya hökuməti onu nazir vəzifəsinə təyin edənədək o, sözügedən təşkilatın idarə heyətinin prezidenti vəzifəsində çalışıb. Təşkilatdakı vəzifəsinə görə, Ana həmçinin, USAİD proqramında da koordinator vəzifəsində çalışıb, bu isə dövlətlə birgə işlədiyi deməkdir. 2013-cü ildə isə o, Serbiyada “İlin iş qadını” adına layiq görülüb.

Ana Brnabic
Ana Brnabic

Serbiya parlamentinin tətili öncəsi Brnabic jurnalistlərə andiçmə mərasimindən sonra bu mövzunun tezliklə diqqətdən yayınacağına ümid etdiyini bildirib: “Ümid edirəm ki, bu söhbətlər 3-4 gündən sonra unudulacaq və mən gey nazir kimi deyil, yerli dövlət naziri kimi tanınacağam”.

Təyinatı həyata keçirən baş nazir Aleksandr Vuçiç, lesbiyan, gey, biseksual və transgenderlərin (LGBT) icması üzvləri arasında hörmətlə tanınan şəxsdir.

Belqradın Gey-Getero Alyansına (GSA) görə, Brnbakin nazir vəzifəsinə təyin edilməsi tarixi bir addımdır. Çünki bu addım Serbiya cəmiyyətinin bütün insanların hüquq bərabərliyinin olacağı bir cəmiyyətə çevrilməsinə ümid verir. “İnsanların seksual orientasiyasından asılı olmayaraq onların ağıl və bacarıqlarına qiymət verib, onları belə bir vacib vəzifəyə təyin etmək çox vacibdir”, deyə GSA bəyanatında bildirib.

Buna da bax: İsa Şahmarlının qəbrinin üstünə LGBT bayrağı sərdilər

İsa Şahmarlının qəbrinin üstünə LGBT bayrağı sərdilər
Gözlə

No media source currently available

0:00 0:03:29 0:00

Kiyevdə gey-parad

Kiyevdə gey-parad
Gözlə
Embed

No media source currently available

0:00 0:01:08 0:00

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG