Keçid linkləri

Təcili xəbərlər
2018, 25 Aprel, çərşənbə, Bakı vaxtı 18:22

Homoseksuallığın cinayət sayıldığı ölkələr az deyil


Geylər.

Son 10 ildə eynicinsli münasibətləri kriminallaşdıran ölkələrin sayı azalıb. Amma lezbiyan, gey, biseksual və transgender (LGBT) icmasına hücumlar bir çox ölkələrdə geniş yayılıb.

Mayın 15-də Cenevrədə yerləşən Beynəlxalq Lezbiyan, Gey, Biseksual, Trans və İnterseks Assosiasiyası (ILGA) hesabat yayıb. Bu insan haqları təşkilatı bildirir ki, eynicinsli münasibətlər 72 ölkədə cinayət sayılır. 2006-cı ildə bu rəqəm 92 idi.

QANUN VAR, İCRASI LAZIMDIR

Bu arada daha çox ölkə LGBT-ni diskriminasiya və zorakılıqdan qoruyan qanunvericilik qəbul edir. Ancaq hesabat müəlliflərindən biri - Aengus Carroll söyləyir ki, indi ölkələr qarşısında duran əsas sınaq bu qanunların icrasıdır.

Hesabatda belə bir xəbərdarlıq da yer alıb – bir çox ölkələrdə LGBT təqib olunur və dərin ayrıseçkiliklə üzləşir.

***Buna da bax-'Mən buyam və səmimiyyətimə görə öldürəcəklərsə...'

Bu ölkələrin 25-də seksual oriyentasiyalara bağlı QHT-lərin yaradılması və qeydiyyatı yolunda «fəal baryerlər» var. 22 ölkədə isə eynicinsli və trans reallıqların ifadəsini və ya təbliğini yasaqlayan «mənəviyyat» qanunları mövcuddur.

«Rəqəmsal qurğuların geniş yayıldığı bir dönəmdə bu qanunların tətbiqi getdikcə daha eybəcər görünür», – ILGA rəhbəri Renato Sabbadini deyir.

NİKAHIN QANUNİ OLDUĞU ÖLKƏLƏR VƏ ÖLÜM CƏZASI

Hesabatda Rusiyanın Çeçenistan regionunda homoseksualların təqibiylə bağlı məlumatlar yada salınır. Burada geylərin saxlanması, döyülməsi, hətta öldürülməsi haqda medianın yazdıqlarından sonra beynəlxalq qurumlar dilə gəlib, araşdırma tələb edirlər.

ILGA bildirir ki, hazırda 23 ölkədə gey nikahları qanunidir, 28 ölkə isə eynicinsli nikahlara bu və digər dərəcədə təminat verir.

Ancaq İran daxil olmaqla, səkkiz ölkədə eynicinsli münasibətlərə görə ölüm cəzası kəsilir.

Pakistan və Əfqanıstan daxil, daha 5 ölkədə isə ölüm cəzası mümkündür, amma heç vaxt tətbiq olunmayıb.

14 ölkədə homoseksuallığa görə 14 illik həbsdən ömürlüyə qədərə cəza kəsilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG