Keçid linkləri

2024, 20 May, Bazar ertəsi, Bakı vaxtı 13:18

ABŞ və Rusiyanın hərbi komandanları görüşüblər


ABŞ Birləşmiş Qərargahlar Komitəsinin başçısı general Mark Mili (solda) və Rusiya silahlı qüvvələrinin baş qərargah rəisi Valeri Gerasimov sentyabrın 22-də Finlandiya paytaxtı Helsinkinin yaxınlığında görüşüblər
ABŞ Birləşmiş Qərargahlar Komitəsinin başçısı general Mark Mili (solda) və Rusiya silahlı qüvvələrinin baş qərargah rəisi Valeri Gerasimov sentyabrın 22-də Finlandiya paytaxtı Helsinkinin yaxınlığında görüşüblər

Danışıqlardan sonra general Mili görüşün “produktiv” olduğunu bildirməklə kifayətlənib. Rusiyanın Müdafiə Nazirliyi “görüşün konstruktiv” olduğunu bildirib.

ABŞ və Rusiyanın yüksək rütbəli rəsmiləri “konstruktiv” danışıqlar keçirərək ümumi maraq kəsb edən məsələləri və hərbi təlimlərin keçirilməsi zamanı insident risklərinin azaldılması yollarını müzakirə ediblər.

ABŞ Birləşmiş Qərargahlar Komitəsinin başçısı general Mark Mili və Rusiya silahlı qüvvələrinin baş qərargah rəisi Valeri Gerasimov sentyabrın 22-də Finlandiya paytaxtı Helsinkinin yaxınlığında görüşüblər.

Şərhçilər bildirirlər ki, ABŞ qoşunları Əfqanıstandan çıxarıldıqdan sonra Vaşinqton bu ölkəyə dair kəşfiyyat məlumatının toplanması və mübadiləsində maraqlıdır.

Rusiya bundan əvvəl Əfqanıstana qonşu keçmiş sovet respublikalarında – Özbəkistan, Qırğızıstan və Özbəkistanda hər hansı ABŞ hərbi qüvvələrinin yerləşdirilməsi təklifini birmənalı şəkildə rədd edib.

Detallar açıqlanmayıb

Sentyabrın 22-də tərəflər danışıqların detallarının açıqlanmaması barədə razılığa gəliblər.

Əslində iki ölkənin hərbi rəhbərliyinin bundan əvvəlki təmaslarında da məxfilik ənənəsinə riayət edilib.

Danışıqlardan sonra general Mili görüşün “produktiv” olduğunu bildirməklə kifayətlənib.

O əlavə edib ki, böyük güclərin hərbi liderləri görüşəndə dünya daha salamat olur.

Rusiyanın Müdafiə Nazirliyi “görüşün konstruktiv” olduğunu bildirib.

ABŞ hərbiyyəsi və kəşfiyyatı bildirilər ki, əl-Qaeda və İslam Dövləti ekstremist qrupları yenidən baş qaldıra və yaxın bir-iki ildə yenidən təhlükəyə çevrilə bilərlər.

Bu riski azaltmaq üçün hazırda ABŞ Əfqanıstana zərbələr endirmək lazım gələrsə əks-terror müşahidəsi apara biləcəyi məkanları axtarır.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG