Keçid linkləri

2024, 16 May, Cümə axşamı, Bakı vaxtı 03:09

Ermənistan-Azərbaycan sərhədində Rusiya hərbçiləri yerləşdirilir


Azərbaycan-Ermənistan sərhədində erməni səngərində əsgərlər
Azərbaycan-Ermənistan sərhədində erməni səngərində əsgərlər

Azatutyun Ermənistan və Rusiyanın müdafiə nazirlərinin bu günlərdə rusiyalı sərhədçilərin sərhəddə yerləşdirilməsini müzakirə etdiklərini yazır

Ermənistan tərəfdən gələn xəbərlərlə bağlı Azərbaycanın Müdafiə Nazirliyi Sərhəd Xidmətinə müraciət etməyi məsləhət görüb. Sərhəd Xidmətindən isə bildirilib ki, məsələ ilə bağlı hələ ki, heç bir məlumat yoxdur

***

Ermənistan Silahlı Qüvvələrinin Baş qərargah rəisi də Rusiya hərbçilərinin Ermənistan-Azərbaycan sərhədində Geğarkunikə yerləşdirilməsi məsələsinə toxunub. Azatutyun xəbər verir ki, Artak Davtyan jurnalistlər üçün brifinqdə bu məsələ üzrə yekun qərar olmadığını deyib. Amma, eyni zamanda, bunun belə olacağına əminlik ifadə edib.

Azərbaycan tərəfin məsələyə razı olub-olmamasına gəlincə Davtyan deyib ki, danışıqlar Rusiya tərəfi ilə aparılır, buna görə də suallar var.

“Məqsədimiz – Azərbaycan hərbi birləşmələrinin ərazimizdən qarşıdurmasız çəkilməsidir... Biz gərəkəndə Rusiya tərəfi ilə əməkdaşlıq edirik”, – Davtyan deyib.

Azərbaycan tərəfi bu məlumatları şərh etməyib.

***

Yaxın günlərdə Azərbaycanla Ermənistanın sərhədinin Geğarkunik bölgəsinə rusiyalı hərbçilər yerləşdiriləcək. Bundan sonra Ermənistan və Azərbaycan silahlı qüvvələri sərhəddən güzgü metoduyla geri çəkiləcək. Bu haqda AzadlıqRadiosu-nun Ermənistan xidmətinə (Azatutyun) Geğarkunik vilayətinin qubernatoru Qnel Sanosyan danışıb.

“Rusiyalı həmkarların yerləşdirilməsi üzrə iş aparılır, vəziyyət tənzimlənəcək. Bu, üçtərəfli danışıqların nəticəsidir, paralel proses də gedir”, – o deyib.

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan isə deyib ki, onda əlavə informasiya yoxdur. “Qubernatorun dediyindən başqa bir şey yoxdur”, – o vurğulayıb.

Nazirlər görüşüblər

Mayın ortasında Ermənistan Azərbaycan silahlı qüvvələrini Sünik və Geğarkunik vilayətlərində onun ərazisinə girməkdə suçlayıb. Ermənistanın baş nazir əvəzi isə hərbçiləri sərhəddən güzgü metoduyla geri çəkməyi, orada beynəlxalq müşahidəçilər yerləşdirməyi təklif edib.

Azərbaycan isə sərhəd mövqelərini tutduğunu bildirib. Ötən payız 44 günlük müharibə nəticəsində Azərbaycan Qarabağın bir hissəsini və ətraf 7 rayonu işğaldan azad edib. Laçın dəhlizinə və qoşunların təmas xəttinə isə Rusiya hərbçiləri yerləşdirilib.

Azərbaycan rəsmiləri bu məlumatları hələlik, şərh etməyib.

Azatutyun isə Ermənistan və Rusiyanın müdafiə nazirlərinin bu günlərdə rusiyalı sərhədçilərin sərhəddə yerləşdirilməsini müzakirə etdiklərini yazır.

Rusiya XİN-in sözçüsü Mariya Zaxarova ötən həftə deyirdi ki, Rusiya gərginliyin azaldılması üçün fəal vasitəçilik səyləri göstərməkdədir.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG