Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 07:29

NATO və Rusiya komandanları Bakıda görüşüb


Rusiya Silahlı Qüvvələrinin baş qərargah rəisi general Valeri Gerasimov
Rusiya Silahlı Qüvvələrinin baş qərargah rəisi general Valeri Gerasimov

Bu gün, aprelin 19-da Bakıda Rusiya Federasiyası Silahlı Qüavvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov NATO-nun Avropada Müttəfiq Qüvvələrin Ali Baş Komandanı (SACEUR) Körtis Skaparotti ilə görüşüb.

Bu barədə məlumatı Rusiya Müdafiə Nazirliyi yayıb.

Nazriliyin məlumatına görə, dnışıqlaraın gedişində komandanlar NATO və Rusiyanin hərbi fəaliyyəti, qarşılıqlı etimad və insidentlərin qarşısının alınması ilə bağlı tədbirlərin gücləndirilməsi məsələlərini müzakirə ediblər.

Tərəflər Suriyadakı durumla bağlı fikir mübadiləsi apararaq beynəlxalq terrorizm ilə mübarizədə birgə fəaliyyətin vacibliyini vurğulayıblar.

Onlar bundan əvvəl, aprelin 19-da ev sahibi kimi Bakıda Azərbaycan prezidenti İlham Əlityevlə də görüşüblər.

XS
SM
MD
LG