Azərbaycan gəncinin günü necə keçir? Bu gün, fevralın 2-də ölkədə gənclər günü qeyd olunur.
Harvard Universitetinin məzunu, sahibkar Bəxtiyar Hacıyev deyir ki, son illər gənclər arasında artan tendensiya, ölkəni tərk etmək arzusudur. Gənclər, kütləvi şəkildə xarici dil kurslarına axışır - məqsəd isə çox vaxt miqrasiya etməkdir.
Bakıda, çərəz satan 20 yaşlı Xəlil İmanzadə deyir ki, o da, dostları da ölkədən getmək istəyir:
"Avropaya getmək istəyirəm. Ən azından yaxın ölkələrə. Ümid var, iş də var. Amma devalvasiyadan sonra xərclər çox artıb, maaşlar isə çox aşağıdır".
Buna da bax: Prezident: ‘Azərbaycan heç vaxt indiki qədər güclü olmayıb’
Avropa statistikasına görə də, Azərbaycandan Almaniyaya sığınacaq üçün müraciət edənlər 2012-ci illə müqayidə 2016-cı ildə iki dəfəyə qədər artıb - 6 min nəfərə yaxınlaşıb.
Yeni Azərbaycan Partiyasından deputat Hikmət Məmmədov isə ötən ay AzadlıqRadiosu-na müsahibəsində deyib ki, iqtisadi səbəbdən Azərbaycandan köç üçün əsas yoxdur, insanların ölkəni tərk etmək istəməsi, qlobal iqtisadi prosesdir.
Bakı Dövlət Universitetinin İqtisadiyyat fakültəsinin müəllimi, iqtisadi təhlilçi Toğrul Maşallı isə deyir ki, Azərbaycanda işsizlik yüksəkdir və gənclərin iqtisadi potensialından istifadə olunmur. Onun sözlərinə görə, dövlətlərin iqtisadi siyasətində gənclər mühüm yer tutmalıdır, çünki onlar əmək qabiliyyətli yaşdadırlar:
Buna da bax: Fuad Əhmədli: 'Susmadım, savaşdım, şərləndim və girovam!' [video]
“Bizdə 20-29 yaş arasında 1 milyon 700 min nəfər gənc var. Onların qeyri-rəsmi olaraq 25 faizi işsiz qalıb. Başqa sözlə, onların dördə bir potensialından istifadə olunmur. Qalanları isə əsasən aşağı əməkhaqları olan işlərlə məşğuldur".
Prezident İlham Əliyev isə yanvarın – Davos iqtisadi forumundan çıxışında deyib ki, Azərbaycanda işsizlik 5 faiz ətrafındadır.
Gənclər ölkənin siyasi həyatında hansı rolu oynayır?
Fevralın 1-də, baş nazirin müavini, hakim Yeni Azərbaycan Partiyasının sədr müavini Əli Əhmədov, gənclər günü ilə bağlı tədbirdə gənclərə müraciət edib, deyib ki, onlar seçkilərin yüksək səviyyədə keçməsi üçün fədakarlıq etməlidirlər. o həm də deyib ki, partiyanın namizədi İlham Əliyevin cəmiyyətdəki yüksək reytinqi onun qələbəsi üçün əsas yaradır.
Buna da bax: "Azərbaycan trolları" ABŞ-ın ATƏT səfirini hədəfləyirlər
İctimai fəal Bəxtiyar Hacıyev deyir ki, bu, son illərin tendensiyasıdır – hakimiyyətin gənclərin potensialından xüsusilə sosial şəbəkələrdə istifadə etməyə başlayıb
"Son bir neçə ildə görürük ki, cəmiyyətdə ictimai rəyi formalaşdırmaqdan ötrü sosial şəbəkələrdən hakimiyyət də istifadə etməyə başlayıb. Hakimiyyətdə düşünürlər ki, gənclər qrup şəklində hansısa məsələni qaldırsalar, bu ictimai rəyə də təsir edəcək və ölkədə gəncliyin belə düşündüyünü nəzərə alacaqlar. Amma o troll orduları o qədər primitiv şəkildə hərəkət edirlər ki, onlar özləri gülüş obyektinə çevrilirlər".
Buna da bax: Sosial şəbəkələrdə öz adınız, ya təxəllüslə yazmağa üstünlük verirsiz?
Bəxtiyar Hacıyev isə deyir ki, gənclər siyasi mövqeyinə görə ayrıseçkiliyə məruz qalır, hakimiyyətə loyal olmayan müstəqil və ya müxalif gənclər dövlət idarələrində, yüksək postlarda yer ala bilmir.
Hakimiyyətin siyasi kursunu müdafiə edən deputat Zahid Oruc isə bildirir ki, müxalifət və müstəqil şəxslərin həyatın hansısa sahəsində ayrı-seçkiliyə məruz qalmır, amma hakim partiyanın öz adamlarını hökumətdə görmək istəməsi təbiidir.
Zahid Oruc deyir ki, trollar və gənclərin cəlb edilməsi halı mövcud deyil, hakimiyyəti müdafiə edənlər bunu könüllü edirlər.
Buna da bax: 'Vəziyyət düşündüyümüzdən də ağırmış'
Azərbaycan gəncinin günü necə keçir? Bu barədə də Bakıda sorğu keçirmişik.
Azərbaycan hökumətinə edilən tənqidlərdən biri də odur ki, hökumətdə təmsil olunan nazirlərin çoxu yaşı 50-dən yuxarı olan şəxslərdir, gənclər əsasən hakimiyyətdə təmsil olunmurlar.