Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 18:21

Bölgələrdə 5 yanğın olub, bir nəfər xəsarət alıb


arxiv
arxiv

-

Dekabrın 13-də Qax rayonunda 3 otaqlı evdə, Salyan rayonunun Qarabağlı kəndində isə 2 otaqlı evdə yanğın olub.
Hər iki yanğın səhər saat 8 radələrində söndürülüb.

Gəncənin Nizami rayonunda 3 otaqlı evdə baş verən yanğında bir nəfər yanıq xəsarəti alaraq xəstəxanaya çatdırılıb. Yanğın saat 04:30-da söndürülüb.

Kürdəmirin Qarasaqqal kəndində isə 10 tonluq ot bağlamasının 8 tonu yanıb. Yaxınlıqdakı tikililər yanğından qorunub. Yanğın saat 08:05-də söndürülüb.
Tərtər rayonunun Dəmirçilər kəndində tövlə və 2 ton ot bağlaması yanıb. Yanğın zamanı tövlədən 4 baş iribuynuzlu heyvan xilas edilib. Yanğın saat 06:14-də söndürülüb.

Xəbərləri Fövqəladə Hallar Nazirliyinin saytı yayıb.

XS
SM
MD
LG