Keçid linkləri

Təcili xəbərlər
2020, 18 Fevral, çərşənbə axşamı, Bakı vaxtı 20:27

Gəncə və Şəmkirin bəzi yerlərində işıq sönüb


arxiv foto

Dünən, yanvarın 31-i axşamdan başlayan gülü külək Azərbaycanın bəiz rayonlarında fəsadlar törədib, elektrik xətlərinə ciddi ziyan dəyib.

Bunu “Azərişıq” Açıq Səhimdar Cəmiyyətinin (ASC) mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev bildirib.

Onun sözlərinə görə, Gəncədə baş vermiş güclü külək nəticəsində qırılan elektrik xətlərinin hazırda bərpası aparılır.

T. Mustafayev deyib ki, yanvarın 31-də axşam saatlarında iri gövdəli çinar ağacı Gəncədə elektrik xətlərinin üzərinə düşüb:

“Nəticədə, Gəncə və Şəmkir bölgəsinin bir neçə ərazisində elektrik xətlərinə ciddi ziyan dəyib. Bu gün saat 14-ə kimi problemin aradan qaldırılacağı gözlənilir”

Onun sözlərinə görə, Bakıda və digər bölgələrdə işıqla bağlı heç bir problem yoxdur.

Bakı Yaşıllaşdırma İdarəsinin rəsi Orxan Məmmədov da paytaxt Bakıda küləyin ciddi fəsadları olmadığını bildirib:

“Bir iki yerdə ağac budqları qırılıb və əlavə hər hansı fəsad omayıb”

Şərhlər

Günün bütün mövzuları

XS
SM
MD
LG