Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 10:15

Gəncə sualları: Şübhəlilər niyə öldürülüb? İstintaq niyə qapalı gedir?


Abel Məhərrəmovu niyə işdən çıxartdılar?
Gözlə

No media source currently available

0:00 0:14:40 0:00

Abel Məhərrəmovu niyə işdən çıxartdılar?

Noyabrın 15-də, Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Mədət Quliyev deyib ki, Gəncə hadisələri ilə bağlı 60-dan artıq adam həbs olunub, silahlı müqavimət göstərən 5 nəfər öldürülüb.

Mədət Quliyev bu hadisəni “dini radikalların və ekstremistlərin hüquqazidd əməlləri” ilə izah edib.

Gəncənin keçmiş icra başçısı Elmar Vəliyevə qarşı sui-qəsd törətməkdə ittiham olunan Yunis Səfərovun anası Leylaxanım İsmayılova əmindir ki, oğlu dini qruplara bağlı deyil, Elmar Vəliyevin əməllərinə cavab olaraq, ona hücum edib. O, deyir ki, oğlunun vəkili iki aydır ki, işdən uzaqlaşdırılıb. İndi iş qalıb dövlətin vəkilinin ümidinə:

“İnanın heç Yunisin sağ olub olmamasına da əmin deyiləm. Nə olsun ki, vəkil deyir ki, yanına gedib-gəlir…Niyə bu yaşımda mən bunları yaşamalıyam. Ola bilməzdimi ki, yaxşı işləyəydilər… Bütün bunlar baş verməzdi”.

Leylaxanım İsmayılova deyir ki, Yunis Səfərovun ailə üzvləri ilə görüşünə icazə verilmir və onda olan sonuncu məlumata görə, oğluna elektrik cərəyanı ilə işgəncə verilib.

Baş Prokurorluq isə əvvəlki açıqlamalarında işgəncə iddialarını təkzib edib.

Yunis Səfərovun anası bildirir ki, hadisə ilə bağlı digər tutulanları nə tanımır, nə də onlarla əlaqəsi olub.

Yunis Səfərovun bacısı ötən sentyabr ayında AzadlıqRadiosuna danışmışdı:

Gəncə hadisələri ilə bağlı başqa tutulanların da, öldürülənlərin də yaxınlarının media açıqlamalarına rast gəlinmir.

Hüquq müdafiəçisi Oqtay Gülalıyev deyir ki, hüquq müdafiəçiləri üçün bu adamların kimliyini müəyyənləşdirmək, onların istintaqının necə aparıldığını öyrənmək çətindir, çünki yaxınları bu barədə danışmaq istəmirlər.

“Bu adamların çoxu gəncəli deyillər, başqa ətraf rayonlardandırlar. Bundan başqa bu adamlara yaxınlaşmaq, onlarla təmas qurmaq asan məsələ deyil. Onların ailələri təzyiq altındadır. Onlara deyilir ki, bu haqda heç nə danışmayın, deməyin və sair”.

Gəncə hadisələri ilə bağlı istintaq davam edir. Son məlumatlara və tənqidlərə münasibət öyrənmək üçün Baş Prokururluqla əlaqə saxlasaq da, telefon zənglərimizə cavab verən olmadı.

Rəsmi məlumatlar və reallıq

Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Mədət Quliyev bildirib ki, Gəncə hadisələri ilə bağlı 5 nəfər öldürülüb. Hüquq müdafiəçisi Oqtay Gülalıyev onların sayının doqquz nəfər olduğunu iddia edir, bildirir ki, rəsmi məlumatlar əsasında bu nəticəyə gəlib.

Müsavat Partiyasının başqanı Arif Hacılı deyir ki, hər şeydən əvvəl ittiham edilənlərin öldürülməsi yolverilməz idi:

“Bir qayda olaraq cinayət törətmiş şəxslərin həbs edilməmiş öldürülməsi hüquq-mühafizə orqanlarının qüsuru sayılır. Cinayət törətmiş şəxslər istintaqa cəlb olunmalıdır, onlar qətlə yetirilməməlidir. Amma Azərbaycanda elə bir vəziyyət yaranıb ki, xüsusilə bu hadisə zamanı bu məsələ bir qədər də irəlilədi. İstintaq prosesi hələ də qapalı keçir, ictimaiyyətə, hadisənin mahiyyəti hələ də bəlli deyil”.

Hakimiyyət rəsmiləri isə hadisənin mahiyyətini belə izah edirlər ki, Yunis Səfərovun terror aktını törətməkdə əsas məqsədi Azərbaycanda şəriət qanunları ilə idarə olunan islam dövlət qurmaq olub. Rəsmi iddiaya görə, o, bunun üçün bir neçə tanınmış dövlət məmurunu öldürməklə ölkədə ajiotaj, xaos, vahimə yaratmaq, nəticə etibarı ilə hakimiyyətin zorla ələ keçirmək məqsədini güdüb.

AzadlıqRadiosu bu barədə Bakı sakinlərinin də fikirlərini öyrənib:

Gəncə hadisələri ilə bağlı nə qədər dolğun məlumat ala bilirsiz?
Gözlə

No media source currently available

0:00 0:01:34 0:00

İyulun 3-də Gəncə Şəhər İcra Hakimiyyətinin keçmiş icra başçısı Elmar Vəliyevə və onu mühafizə edən polis serjantı Qasım Aşbazova silahlı sui-qəsd olub.

Yaralanmış Elmar Vəliyev iki ay sonra vəzifəsindən azad olunub. Bu hadisədən sonra Gəncədə keçirilən aksiyada iki yüksək rütbəli poliz zabiti həlak olub, onlarla adam saxlanıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG