Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 09:57

Gəncə hadisələrinə görə daha 7 nəfər tutulub


Bakı Baş prokurorluöun binası
Bakı Baş prokurorluöun binası

İyulun 10-da Gəncə şəhərində törədilmiş cinayətlərlə bağlı daha 7 nəfərin, o cümlədən axtarışda olan Samir İbrahimovun həbs edildiyi deyilir. Bu haqda xəbəri AZƏRTAC yayıb.

Xəbərdə bildirilir ki, Gəncə hadisələrinə görə ümumilikdə 22 nəfər həbs edilib.

Bir nəfərin isə iyulun 15-də gecə saatlarında Azərbaycan-Gürcüstan sərhədini Qazax rayonu ərazisindən keçmək istəyərkən saxlanıldığı qeyd olunur.

İyulun 3-də Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin həyatına sui-qəsdlə bağlı isə ümumilikdə 13 nəfərin həbs edildiyi deyilir. Səkkiz nəfər barəsində isə axtarış elan olunub.

Xatırlatma

İyulun 3-ə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə və polis serjantı Qasım Aşbazova silahlı sui-qəsd olub. Sui-qəsdi törətdiyi bildirilən Yunis Səfərov həbs edilib. Bundan sonra sosal şəbəkələrdə iyulun 10-da Gəncədə aksiya keçirlməsi ilə bağlı məlumatlar yayılıb.

Rəsmi məlumata görə, iyulun 10-da Gəncədə 150-200 nəfərlik “radikal dini qrup”un keçirmək istədiyi aksiyada yüksək rütbəli polis zabitləri İlqar Balakişiyev və Səməd Abbasov qətlə yetiriliblər.

Hüquq-mühafizə orqanları bu hadisə ilə bağlı axtarışda olanlardan bir nəfər – Rəşad Böyükkişiyevin polisə silahlı müqavimətə görə öldürüldüyünü bildirirlər.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG