Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:49

“Gəncə hadisələrinə görə 8 nəfər tutulub, 1 nəfər öldürülüb”


Azərbaycanın baş prokurorluğu
Azərbaycanın baş prokurorluğu

Gəncə hadisələri ilə bağlı daha 8 nəfərin tutularaq barələrində həbs qətimkan tədbiri seçildiyi, bir nəfərin isə öldürüldüyü deyilir.

Bu barədə Respublika Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin birgə yaydığı məlumatda bildirilir.

Məlumata görə, təqsirləndirilən şəxs qismində axtarışda olan, Gəncə şəhərində “ağır cinayət əməlləri törətətmiş mütəşəkkil qrupu”n fəal üzvlərindən biri, Yunis Səfərovla yaxın münasibətlərdə olan və əvvəllər məhkum olunmuş Anar Bağırovun iyulun 20-də Binəqədi rayonu, Xocəsən qəsəbəsində gizləndiyi yer müəyyən edilib.

Onun əməliyyat tədbirləri zamanı silahlı müqavimət göstərdiyi və cavab tədbiri olaraq öldürüldüyü deyilir.

Hadisə yerinə baxış zamanı Anar Bağırovun üzərindən “Makarov” tipli tapança və həmin silaha dair sursat aşkar edildiyi də qeyd olunur.

Saxlanılanların adı sadalanmır.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, bundan öncə Gəncə hadisələri ilə bağlı 30-dan artıq şəxs həbs edilib.

İyulun 15-də isə polisi öldüməkdə şübhəli sayılanlardan biri Rad Böyükkişiyevin isə polisə qumbara ilə müqavimət göstərərkən öldürüldüyü haqda rəsmi məlumat verilib.

Buna da bax:Gəncə olayında müəmmalar, verilməyən cavablar...

Xatırlatma

İyulun 3-də Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə və polis serjantı Qasım Aşbazova silahlı sui-qəsd olub. Sui-qəsdi törətdiyi bildirilənYunis Səfərov həbs edilib.

Elmar Vəliyev
Elmar Vəliyev

Hüquq-mühafizə qurumları iddia edir ki, Y.Səfərovun terror aktını törətməkdə əsas məqsədi Azərbaycanda şəriət qanunları ilə idarə olunan islam dövləti qurmaq, bundan ötrü bir neçə tanınmış dövlət məmurunu öldürməklə respublikada xaos yaratmaq, hakimiyyətin zorla ələ keçirilməsi olub.

Hələlik, Y.Səfərov bu iddialarla bağlı münasibətini açıqlamayıb.

Bu sui-qəsddən bir qədər sonra sosial şəbəkələrdə iyulun 10-da Gəncədə, Sumqayıtda aksiya keçirilməsi ilə bağlı məlumatlar yayılıb.

Rəsmi məlumata görə, iyulun 10-da Gəncədə 150-200 nəfərlik “radikal dini qrup”un keçirmək istədiyi aksiyada yüksəkrütbəli polis zabitləri İlqar Balakişiyev və Səməd Abbasov qətlə yetiriliblər.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG