Keçid linkləri

Təcili xəbərlər
2018, 26 Fevral, Bazar ertəsi, Bakı vaxtı 03:16

Gənc nəsil yaşlılara nisbətən təklikdən daha çox əziyyət çəkir. Buna səbəb gənc nəslin dostluqlarının daha çox sosial şəbəkələr yoluyla qurulmasıdır.

İngiltərədəki Building Society Nationwide adlı Araşdırma Mərkəzi sosial şəbəkələrlə böyüyən nəslin minilliyin ən yalnız nəsil olma yolunda irəlilədiyini bildirib.

Mərkəzin araşdırmasında iştirak edən gənclərin 89 faizi təklikdən əziyyət çəkdiklərini bildirib. Sorğuda iştirak edən, yaşı 55-dən yuxarı olan şəxslər arasındasa bu göstərici 70 faiz olub.

18 - 34 yaşlı iştirakçlar isə sosial şəbəkələrdəki dostlarının sayının real dostlarının sayından azı dörd dəfə çox olduğunu bildirib.

Araşdırma nəticəsindətəklikdən əziyyət çəkənlərin 36 faizinin internetdəki dələduzların toruna düşdükləri də üzə çıxıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG